Azərbaycanın Zod həmləsi İrəvanda şok effekti yaradıb – Gözləmirmişlər

Azərbaycan hərbçilərinin Kəlbəcərin Zod qızıl yatağı ətrafında postlar qurması Ermənistan Müdafiə Nazirliyində üçün əsl soyuq duş effekti yaradıb. İlk əvvəl bu faktı danmağa çalışan nazirlik video-görüntülər ortaya çıxınca etiraf etmək məcburiyyətində qalıb. İctimaiyyətin qarşısına isə “milli qəhrəman”ları, Ermənistan Baş Qərargahının rəis müavini, general-leytenant Tiran Xaçatryanı çıxarıblar.
Ovqat.com xəbər verir ki, “milli qəhrəman” jurnalistlərin sualları qarşısında özünü tam itirib və bəzən mətləbdənkənar mülahizələriylə vəziyyətdən çıxmağa çalışıb.
Bu məqam erməni jurnalistlərinin də gözündən yayınmayıb.
Ermənilərin ünlü Telegram səhifəsi Bagramyan 26 Xaçatryanın mətbuat konfransındakı performansını belə dəyərləndirib:
“General-leytenant, Ermənistanın Milli Qəhrəmanı (müharibə zamanı alıb) Tiran Xaçatryan mətbuat konfransına tamamilə hazırlıqsız gəlmişdi. Hiss olunurdu ki, bu vəziyyət onun üçün çox utanc vericidir.
O, jurnalistlərin sualları dəqiq cavab verə bilmədi.
Mövcud vəziyyətin Ermənistan Müdafiə Nazirliyi üçün də sürpriz olduğu anlaşılırdı”.
Tiran Xaçatryanın etirafları:
"Zod qızıl mədəni ətrafındakı nəzarət-buraxılış məntəqəsi Rusiya “sülhməramlıları” tərəfindən yaradılmışdı, bu onların təşəbbüsü idi. Sonrakı müzakirələrdə nə danışıldı, həmin qapı açıldımı, yoxsa sındırıldımı, bilmirəm. Mənim əldə etdiyim məlumata görə, qapı sındırılmadı, açıldı".
Xatırladaq ki, hadisədən bir gün əvvəl Ovqat.com-un əldə etdiyi məlumata görə, rus “sülməramlıları” ordumuzun qızıl yatağına daxil olmasına izn vermək istəmirdi. Bu maneə həmin yatağın Rusiyaya məxsus “GeoProMining Gold Company” şirkətinin istismarında olmasıyla əlaqələndirilirdi. Görünür, aparılan danışıqlar nəticəsində həmin qapının yanlış yerə qoyulması, mədənin böyük hissəsinin Azərbaycanın ərazisinə düşməsi rus əsgərlərinə də izah olunub və sərhədçilərimizin torpaqlarımıza sahib çıxmasına imkan verilib. Tiran Xaçatryanın qapının sınıdırılmadan açılması faktını etiraf etməsi də saytımızın məlumatını təsdiqləyir.
Digər etiraflar:
"Bəli, Azərbaycan hərbçiləri bu gün Sokt (Zod) mədəninin ərazisinə gəliblər, lakin onlar sahənin özlərinə aid hissələrində olublar və erməni tərəfinə keçməyiblər”.
“Azərbaycan hərbçiləri Sotk (Zod) mədəninin ətrafında 3 post qurublar. Postlardan biri qızıl mədəninin tam yaxınlığındadır".
“Qızıl mədənində bizim post da var və bu post Azərbaycan tərəfinin hərəkətinə nəzarət edəcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-11-2020, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-11-2020, 09:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 15:06
Bu gün, 10:26
Dünən, 12:40
17-08-2025, 14:49
16-08-2025, 20:28
16-08-2025, 20:24

Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır

SOCAR Rusiyaya qarşı məhkəmə iddiası qaldıracaq? - “Bu, fors-major hal kimi qəbul edilir”

45 min manat vergi borcu olan “Atlas Alliance Group” şirkət FHN-nin tenderində necə qalib seçilib?

Rəqsanə həbsdə olan iş adamını azadlığa buraxdıracaqmış.. - Qohumlarından 520 min dollar alıb

Masallıda Yourpul.az - “Gənclərin Maliyyə Savadlılığı portalı” layihəsinin təqdimat tədbiri keçirilib.