Azərbaycan Seyran Ohanyan barəsində axtarış elan etdi - SƏBƏB - YENİLƏNİB

Hərbi Prokurorluqda Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barədə istintaq araşdırmaları aparılır.
Bu barədə Baş Prokurorluqdan verilən məlumatda qeyd olunur.
***
Saat: 12:54
Azərbaycan hüquq-mühafizə orqanları Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib.
APA-nın məlumatına görə, onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanıb.
Təqdimata noyabrın 11-də Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin icraatında baxılıb.
Təqdimat məhkəmə tərəfindən təmin edilib və S. Ohanyan barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib. S. Ohanyanın saxlanılması üçün barəsində beynəlxalq axtarış elan edilib.
Bakı Hərbi Məhkəməsindən APA -ya faktı təsdiqləyiblər. Bildirilib ki, S. Ohanyan barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və o, beynəlxalq axtarışa verilib.
Qeyd edək ki, 58 yaşlı keçmiş nazir Şuşada doğulub. Təhsilini Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində alıb.
S. Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.
Onun və oğlunun Qarabağdakı son döyüşlərdə yaralanması barədə məlumatlar yayılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-11-2020, 17:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-11-2020, 17:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:59
Bu gün, 11:52
Dünən, 08:22
23-08-2025, 19:00
23-08-2025, 11:59
23-08-2025, 08:52
23-08-2025, 08:50

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….