“ABŞ QARABAĞDAKI ATƏŞKƏS RAZILAŞMASINI POZMAĞA ÇALIŞIR” – Narışkindən senssasiyalı iddia
"Qərb erməni və azərbaycanlı millətçilərini Qarabağdakı atəşkəs razılaşmasını gözdən salmağa və pozmağa təhrik edir".
Bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (FTX) rəhbəri Sergey Narışkin deyib. “Bizdə olan məlumata görə, bəzi Qərb ölkələri mövcud kanallar vasitəsilə erməni və azərbaycanlı millətçilərini atəşkəs müqaviləsini gözdən salmağa və pozmağa təhrik edirlər. Erməniləri Dağlıq Qarabağdakı sülhün İrəvan üçün məğlubiyyət olduğuna inandırmağa çalışırlar. "Acı sona qədər müharibənin" zəruriliyi fikri ortaya atılır. Digər tərəfdən, azərbaycanlılara Kremlin Azərbaycan ordusunun Xankəndini götürməsinin bir addımlığında “qələbələrini oğurladığı” deyilir ”, - deyə Narışkin bildirib.
FTX rəhbəri ABŞ və müttəfiqlərinin Qarabağdakı hərbi əməliyyatların Moskvanın vasitəçiliyi ilə dayandırılmasına görə əsəbiləşdiyini söyləyib.
Narışkinin fikrincə, bu cür hərəkətlər ABŞ-ın və onun avropalı dostlarının həmişə olduğu kimi problemlərini bu dəfə də sadə insanların - azərbaycanlıların və ermənilərin maraqları hesabına həll etdiklərinə sübutdur: "Amerikalılar və avropalılar təxribatlarının yeni qan tökülməsinə və bölgəni ciddi bir hərbi qarşıdurmaya qərq edə biləcəyindən narahat deyillər".
Paylaş:
Müəllif : Fuad
Tarix:18-11-2020, 19:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-11-2020, 19:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:03
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
Bu gün, 11:29
Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları - Emin Əmrullayevin bundan xəbəri var?
Bu gün, 11:28
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.
Bu gün, 11:14
" 4 ildir məni aldadırlar..." - Raket zərbəsindən xəsarət alan Gəncə sakini Prezidentə müraciət etdi...
Dünən, 15:10
Körpə Zəhra təcili Türkiyəyə getməlidir: Anası qızıllarını satsa da, məbləğ tamamlanmayıb - FOTO
Dünən, 10:31
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
16-05-2024, 22:15