Yerli icra hakimiyyəti orqanının səlahiyyətlərindən biri ləğv edilib - QƏRAR

Yerli icra hakimiyyəti orqanının daha bir səlahiyyəti ləğv edilib.
regionxeberlericom.az-un APA-a istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na edilən müvafiq dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər sifarişçinin tikintiyə icazə verən orqana (quruma) müraciətinə (ərizəsinə) əsasən həmin orqanın (qurumun) sorğusu əsasında ETM (enerji təchizatı müəssisəsi) tərəfindən veriləcək.
Qüvvədə olan qaydalara əsasən, bu icazə sifarişçinin müvafiq yerli icra hakimiyyəti orqanına müraciətinə (ərizəsinə) əsasən yerli icra hakimiyyəti orqanının sorğusu əsasında ETM tərəfindən verilirdi.
Eyni zamanda NK-nın müvafiq qərarı ilə “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”na edilən dəyişikliyə əsasən, STKM (su təchizatı və kanalizasiya müəssisəsi) özünün STTSAS-nı (su təchizatı və tullantı sularının axıdılması sistemi) ərazi planlaşdırma sənədlərinə uyğunlaşdırmaq məqsədi ilə gücləndirməyə (genişləndirməyə) borcludur. “Tikintiyə icazə verən orqan (qurum) ərazi planlaşdırma sənədlərində nəzərə alınan mühəndis-kommunikasiya sistemləri, bununla bağlı abadlıq, yenidənqurma və tikinti-quraşdırma işləri barədə STKM-ə hər il 1 yanvar tarixinədək məlumat təqdim edəcək.
Qüvvədə olan qaydalara əsasən, müvafiq yerli icra hakimiyyəti orqanı yuxarıda qeyd edilən işlərlə barədə STKM-ə hər il 1 yanvar tarixinədək məlumat təqdim edirdi.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-07-2020, 12:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-07-2020, 12:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:34
Bu gün, 08:26
Bu gün, 08:25
Bu gün, 08:20
Dünən, 09:59
30-08-2025, 09:38

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib