Siyasi partiyalara pis XƏBƏR

Milli Məclisə növbədənkənar seçkilərdə iştirak etmiş və parlamentdə deputat mandatı qazanmamış partiyaların heç biri dövlət büdcəsindən maliyyə yardımı almaq hüququ qazanmayıb.
“Siyasi partiyalar haqqında” qanuna əsasən, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin ümumi məbləğinin 10 faizi seçkilərdə az səs toplamış siyasi partiyalar üçün nəzərdə tutulub.
İrəli sürdüyü namizədlər Milli Məclisə keçirilən son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanan, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılan səslərin sayına proporsional olaraq bölünməlidir. Büdcə vəsaitinin 40 faizi parlamentdə təmsil olunan siyasi partiyalar arasında bərabər paylanmalıdır. Qalan maliyyə vəsaitinin 50 faizi isə Milli Məclisə seçilən deputatların sayına proporsional olaraq bölüşdürülməlidir.
Milli Məclisə növbədənkənar seçkilərə 19 siyasi partiya irəli sürdüyü namizədlər siyahısı ilə qatılıb. Həmin partiyalardan 8-i parlament təmsil olunmaq hüququ qazanıb. Yeni Azərbaycan Partiyasının (YAP) parlamentdə 70, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 3, Böyük Quruluş Partiyası (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Ana Vətən Partiyası (AVP), Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) və Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) isə parlamentdə 1 deputatı var.
Müsavat Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Müasir Müsavat Partiyası, Ümid Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vətəndaş və İnkişaf Partiyasının isə namizədlərinin heç bir deputat seçilməyib. Eyni zamanda bu partiyalardan heç birinin irəli sürdüyü namizədlər Milli Məclisə keçirilən son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazana bilməyib.
Xatırladaq ki, V çağırış Milli Məclisə seçkilərdə də parlamentdə təmsil olunmayan partiyalardan heç birinin irəli sürdüyü namizədlər etibarlı səslərin azı 3 faizini qazanmamışdı. Buna görə də son 4 ildə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin ümumi məbləğinin 10 faizi xərclənməmiş qalmışdı. /APA
Paylaş:
Müəllif : Redaktor
Tarix:5-03-2020, 20:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:5-03-2020, 20:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II