reklam
Regionxeberlericom.az » Siyasət » ABŞ və İran masada: nüvə problemi həll olurmu?

reklam

ABŞ və İran masada: nüvə problemi həll olurmu?








ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla danışıqlarının müsbət istiqamətdə irəlilədiyini, lakin yekun nəticə üçün zaman lazım olduğunu bildirib.

RegionXəbərləricom.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində açıqlama verib.

“Ağ Evdə İrana dair çox yaxşı görüşlərimiz oldu. Görək nə ilə nəticələnəcək”, – deyə, Tramp qeyd edib.

O əlavə edib ki, növbəti addım üçün bir qədər vaxta ehtiyac var, amma danışıqlar həqiqətən də uğurludur.

Məlumata görə, aprelin 19-da Roma şəhərində İran və ABŞ arasında, Omanın vasitəçiliyi ilə, Tehranın nüvə proqramı ətrafındakı fikir ayrılıqlarının həllinə dair qeyri-rəsmi danışıqların ikinci raundu baş tutub. Görüşdə ABŞ tərəfini prezidentin xüsusi elçisi Stiven Uitkoff, İran tərəfini isə xarici işlər naziri Abbas Araqçı təmsil edib.

Tərəflər növbəti dəfə aprelin 26-da texniki səviyyəli məsləhətləşmələrdən sonra görüşəcəklər.




Paylaş:


Müəllif : Tarix:
22-04-2025, 10:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər