Putinə Kurskla bağlı məruzə edildi: "28 yaşayış məntəqəsi Ukraynanın nəzarətində, vəziyyət ağırdır"
"Hazırda Kurskun 28 yaşayış məntəqəsi Ukrayna hərbçilərinin nəzarətindədir".
RT-in xəbərinə görə, bu barədə Rusiyanın Kursk vilayətinin qubernatoru vəzifəsinin müvəqqəti icraçısı Aleksey Smirnov ölkənin Ukrayna ilə həmsərhəd bölgələrində vəziyyətlə bağlı keçirilən müşavirə zamanı Prezident Vladimir Putinə məruzə edib.
"Hazırda regionda vəziyyət ağırdır. Bu gün üçün 28 yaşayış məntəqəsi Ukraynanın nəzarətindədir", - deyə o, qeyd edib.
Smirnovun sözlərinə görə, bu zonada (28 yaşayış məntəqəsi zonasında) 2 minə yaxın insan var ki, hakimiyyət orqanları onların taleyindən xəbərsizdir. Həmçinin bölgədə təxliyə ediləcək 180 min insan var, 121 min nəfər isə oranı tərk edib və təxliyə edilib.
Aleksey Smirnov eyni zamanda vurğulayıb ki, bölgədə Rusiya vətəndaşı sənədlərinə sahib təxribat qruplarının fəaliyyət göstərdiyi ehtimal olunur:
"Təhlükə var ki, burada bizim geyimimizdə, bizim maşınlarımızda, bizim sənədlərimizlə təxribat qrupları fəaliyyət göstərir, ona görə də patrul xidmətini gücləndiririk".
Vladimir Putin
Paylaş:
Müəllif : Fuad
Tarix:12-08-2024, 17:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib