Əri müğənni Yaqutu buna görə öldürüb - İTTİHAM AKTI - VİDEO
Bakıda müğənni həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Anar Həşimovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttiham aktında göstərilib ki, Anar Həşimov 2023-cü ilin sentyabr-oktyabr aylarında arvadı Yaqut Həşimovanın istifadəsində olan mobil telefonuna baxaraq həmin telefonun "Whatsapp" proqramında başqa şəxslərə mesajlar yazdığını görüb. Daha sonra təqsirləndirilən şəxs bu barədə həyat yoldaşına iradını bildirib. Yaqut Həşimova isə iradları qəbul etməyərək onun işlərinə qarışmamasını tələb edib.
Bundan sonra aralarında baş vermiş mübahisə zamanı Anar Həşimov, qısqanclıq zəminində qisas almaq niyyəti ilə Yaqut Həşimovanı döyüb, başına zərbələr endirib. Daha sonra təqsirləndirilən şəxs bıçaqla onun qarın, boğaz, döş qəfəsi və digər nahiyələrinə zərbələr vurub. O, daha sonra qan itirən Yaqut Həşimovanı izləyərək ölümünü gözləyib. Yaqut Həşimova qanaxma səbəbindən ölüb.
Anar Həşimov ittiham aktına münasibət bildirərək özünü təqsirli bildiyini deyib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib. O, məhkəmənin qapalı keçirilməsini istəyib.
Hakimlər qısa fasilədən sonra vəsatəti qismən təmin edib.
Proses fevralın 14-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə 2023-cü ilin oktyabrın 16-da baş verib.
1984-cü il təvəllüdlü Anar Həşimovun Nizami rayonu, Şərifli küçəsində birgə yaşadıqları mənzildə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Yaqut Həşimovanı bıçaq xəsarətəri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Yaqut Həşimova müğənni olub, Yaqut Nəriman kimi tanınıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:31-01-2024, 15:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?