Müğənni Yaqutu öldürən əri hakim qarşısında - VİDEO

Müğənni Yaqut Həşimovanın qətlində təqsirləndirilən həyat yoldaşı Anar Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə hazırlıq iclası keçirilib. Təqsirləndirilən Anar Həşimovun anket məlumatları dəqiqləşdirilib.
Hakim bildirib ki, hazırkı mərhələdə müdafiəçisi olmadığına görə, ona dövlət hesabına vəkil təyin edilib. Tərəflər cinayət işinin məhkəmə baxışına verilməsinə etiraz etmədiklərini bildiriblər.
Məhkəmənin baxış iclası yanvarın 31-nə təyin olunub.
Xatırladaq ki, ötən il oktyabrın 16-da saat 15 radələrində 1985-ci il təvəllüdlü Yaqut Həşimova bıçaqlanaraq qətlə yetirilib. Mərhumun əri 1984-cü il təvəllüdlü Anar Həşimov könüllü şöbəyə gələrək, hadisəni ailə mübahisəsi zəminində törətdiyini bildirib və təslim olub. Polis və prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə Şərifli küçəsində, hadisə baş verən mənzilə və meyitə baxış keçiriblər.
Sosial mediada yayılan məlumatlara əsasən, Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olub. O,“AzəriStar” yarışmasının iştirakçısı olub və şou-biznesdə “Yaqut Nəriman” kimi tanınıb. Xalası oğlu Anar Həşimovla 2013-cü ildə ailə həyatı qurub, nikahdan bir övladı olub.
Anar Həşimov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-01-2024, 18:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?