Ucarda yağış suları evlərə dolub, sakinlərə külli mqidarda ziyan dəyib - FOTO

Ucar rayonunun Oğuz küçəsində yağış suları evlərə dolub.
Bu barədə “Report”a sakinlər bildiriblər.
Onların sözlərinə görə, yağış suları damlardan evlərə dolur. Sakinlər bildiriblər ki, hələ bir neçə il əvvəl həyətyanı evlərin şiferləri qırmızı örtüklərlə (ondulin-red) əvəzlənib. Bir müddət sonra yeni örtüklər sıradan çıxıb.
İki gündür yağan yağışın suları damlardan evlərə dolaraq evlərə maddi zərər vurub.
“Günorta gün çıxanda örtük əriyir, yağış yağanda da həmin boşluqlardan su tavana tökülür. Artıq neçə ildir evə vanna, vedrə qoyuruq ki, su ora axsın. Evlərimiz rütubətlidir. Bizim evlərin əvvəlki şiferləri yaxşı vəziyyətdə idi. Problem yeni örtüklərdən sonra yarandı”, - sakin Sevda Musayeva bildirib.
Sakinlər bildirirlər ki, evlərin dam örtüklərinin şiferlə əvəzlənməsi lazımdır:
“Bu isə xeyli miqdarda maddi vəsait tələb edir. Elə qonşularımız var, yağış sularının damması səbəbindən evləri yararsız vəziyyətə düşüb. Divar kağızları qopub. Bunlar bir yana, elektrik naqilləri də islanır. Bu da bizim üçün təhlükəlidir”, - S.Musayeva qeyd edib.
“Biz 2007-ci ildən bu problemdən əziyyət çəkirik. Hər dəfə yağış suları evlərimizə dolur”, - başqa sakin şikayətlənib.
Sakinlər bildiriblər ki, onlar problemlə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət ediblər. Lakin nəticəsi olmayıb.

Paylaş:
Müəllif : Fuad
Tarix:13-12-2023, 22:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO