“Süfrəmizin şahı”ndakı xəstəlik riski - DÜYÜDƏN GƏLƏN TƏHLÜKƏ!

Azərbaycan mətbəxində xüsusi yeri olan plovun 200 növü var. Mətbəximizin şahı sayılan bu yeməyə bayramlarda xüsusi yer verilir. Ələlxüsus, Novruz bayramında hər evdə mütləq plov bişirilir. Bu ləziz təamın özəyini isə düyü təşkil edir. Bəs düyünün xeyiri və ziyanı haqqında yetərli məlumatınız varmı?
regionxeberlericom.az Medicina.az-a istinadən xəbər verir ki, düyünün tərkibində B1, B2, B3 kimi vitaminlər var. B qrup vitaminlər əsəb sistemin normal işləməsini təmin edir, saçı və dərini yaxşılaşdırır.
Düyü mədəni qoruyur, mədə sekresiyasının axmasını sürətləndirir, dieta məqsədilə istifadə edilir. Onun tərkibində xolesterin yoxdur və orqanizm tərəfindən asan sorulur. Düyü orqanizmə enerji verir, insanda toxluq hissi yaradır.
Düyünün faydaları ilə yanaşı, zərərli xüsusiyyətləri də var. Belə ki, o bütün növ qidalarla qəbul edilə bilir. Çoxlu miqdarda qəbul edilməsi artıq çəkinin meydana gəlməsinə səbəb olur. İstisna hallarda qəbizlik və kolit əmələ gətirir. Bunun səbəbi isə tərkibində amilazanın olmasıdır. 3 yaşına qədər uşaqlara həftədə 2 dəfədən çox düyü yedirmək məsləhət görülmür. Ümumilikdə isə düyü insan orqanizmi üçün xeyirli qida sayılır.
Düyünün tərkibində olan kaliy orqanizmə olan artıq olan duzu və suyu ardan götürür. Tərkibində olan mürəkkəb hidrokarbonatlar, insan orqanizmini enerji ilə təmin edir. Qəhvəyi təmizlənməmiş düyü faydalı hesab olunur. Onun qabığında 80% insana lazım olan minerallar və mürəkkəb hidrokarbonatlar var.
Bir sıra Asiya dövlətlərində düyü zəhərli qrunt suları ilə suvarılır. Ekoloji test göstərir ki, Çin və Banqladeş istehsalı olan düyü və düyü məhsulları insan orqanizmi üçün çox təhlükəlidir. Misir və Hindistan kimi ölkələrdən idxal edilən məhsullar isə qənaətbəxş hesab edilir. İstənilən halda, düyü soyuq su ilə yaxşı yuyulmalı və bol suda qaynadılmalıdır. Alimlər düyü qəbulunun insanda şəkərli diabet xəstəliyi yaratmaq ehtimalının çox yüksək olduğunu açıqlayıb. Onların sözlərinə görə, düyüdən hazırlanan yeməklə qanda şəkərin miqdarını kəskin şəkildə artırır. Bundan başqa, düyü mədəaltı vəzə də ziyan vurur və onun işində problemlər yaradır. Bütün bu nəticə 200 minədək insan arasında aparılan araşdırmadan sonra məlum olub.
Belə ki, gündə 750 qram düyü qəbul edən şəxslərin diabet xəstəliyinə tutulma ehtimalı 17% yüksəkdir. Ağ düyünün çəhrayı düyü ilə əvəzlənməsi isə bu xəstəliyin yaranma ehtimalını 11% azaldır.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-03-2019, 12:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-03-2019, 12:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15
15-07-2025, 08:54

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO