Rüşvətalmada təqsirləndirilən məktəb direktoru ilə bağlı hökm ləğv edildi

Ali Məhkəmədə rüşvətalmada təqsirləndirilən Kəlbəcər rayonu 3 saylı tam orta məktəbinin direktoru Bəylər Bəylərovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, hökm və ya qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1 il 6 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə B.Bəylərova 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti məhkumetmə) maddəsi tətbiq olunaraq, ona təyin edilən 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası 3 il sınaq müddəti ilə şərti hesab olunub.
Qeyd edək ki, B.Bəylərov 2003-cü ildən Kəlbəcər rayonu 3 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir. O, 2017-ci ildə keçiriln müsabiqədə müvəffəqiyyət qazanmamış şəxsdən 2 500 manat pulu rüşvət yolu ilə alaraq direktoru olduğu məktəbə müəllim vəzifəsinə təyin edib.
İstintaq dövründə B.Bəylərovun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb və başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-04-2023, 13:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB