Qanunsuz işləyən 18 kömür quyusu ləğv edildi

Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qəbələ rayonunun Nic qəsəbəsində, Oğuz rayonunun Tayıflı, Şəki rayonunun Baş Şabalıd, Qax rayonunun Şotavar, Göygöl rayonunun Zurnabad kəndlərində yerləşən vətəndaşların pay torpaqlarında və həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edən 18 kömür quyusu aşkar edilib.
Məlumata görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Qəbələ rayon sakinləri Semyon və Rudik Quqaşovlar, Məhəmməd Alcanov, Mənaf Məmmədov, Oğuz rayon sakinləri Elgün Şükürov, Rafiq Sadıqov, Elmar Abduləzizov, Şəki rayon sakini Əli Hacıyev, Qax rayon sakinləri Yalçın Babayev, Nərman Şahmalıyev, Vüqar Musayev, Göygöl rayon sakinləri Abdulla Allahverdiyev, Kamil Mahmudov, Elnur Verdiyev, Yaşar Qasımov, Rafiq Hüseynov, Şahin Musayev və Rasim Əliyev olduğu müəyyən edilib.
Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv olunub.
“Qeyd edək ki, münbit torpaqlarda quyuların qazılaraq kustar üsulla kömür hazırlanması ilk növbədə insan sağlamlığına, eləcə də meşə yanğınlarının baş verməsinə, torpağın münbit qatının korlanmasına, atmosferin çirklənməsinə səbəb olur”.
Xidmət rəsmisi qanunsuz kömür istehsalı ilə məşğul olan vətəndaşları bu kimi hallara yol verməməyə, kömür hazırlanan kəndlərin ağsaqqallarını, icra nümayəndələrini isə bu işlə məşğul olanlara qarşı barışmaz mövqe nümayiş etdirməyə və belə hallarla rastlaşdıqda Nazirliyin “168 Çağrı Mərkəzi”nə məlumat verməyə çağırıb
Paylaş:
Müəllif : Yazar
Tarix:23-01-2023, 17:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA