reklam
Regionxeberlericom.az » Sosial » Vətən müharibəsində döyüşsə də... - SÜBUT EDƏ BİLMİR...

reklam

Vətən müharibəsində döyüşsə də... - SÜBUT EDƏ BİLMİR...


Elə, başlıqdakı sualın cavabı da, Göyçay rayonunun Şəkili kəndindən olan Ruslan Ceyhun oğlu Ömərovun ölkə rəhbərliyinə ünvanladığı şikayət xarakterli Müraciətində əksini tapıb. Halal veteran statusunu almaqda hədsiz çətinliklərlə üzləşən və əli hər yerdən üzülən şikayətçi döyüşçümüz, üzləşdiyi bu probleminin içtimailəşdirilməsinə kömək xahişi ilə, öz Müraciətini ölkənin media vasitələrinə də göndərib.

Bir nüsxəsi də, "Araz" Media Qrupundakı araz.az xəbər portalının redaksiyasına daxil olan bu Müraciətdə, əlaqədar dövlət strukturlarında vəzifə tutanların daha bir döyüşçümüzə qarşı xoşagəlməz münasibəti barədə yazılanlardır və adamı hədsiz dərəcədə narahat etməyə bilmir.

Şikayətçi müəllifin hörmətsizlik və sayğısızlıq ifadəsi olan sözlərlə başlayıb, bitirdiyi bu Müraciətinin, nöqtə-vergülünə toxunmadan dərc etdiyimiz tam mətni aşağıdakı kimidir:

"Çox hörmətli möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Mən, 2020-ci ilin sentyabr ayının 27-də, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışam. 703 saylı Hərbi Hissənin tərkibində Tərtər -- Ağdərə istiqamətində, Xoruzlu və İsmayılbəyli meşələrində gedən gərgin döyüşlərin fəal iştirakçısı olmuşam. 2020-ci ilin dekabr ayının 30-da, 3 aylıq maaşım ödənildikdən sonra, hərbi xidmətdən tərxis olunmuşam. Lakin indiyədək veteran adı və vəsiqəsi ala bilməmişəm. Buna səbəb kimi, əlaqədar dövlət strukturlarında, hərbi biletimdə hərbi xidmətdən təxris olunmağımla bağlı qeydlərdən sonra, möhürün vurulmaması göstərilir.

Hərbi biletimdə yazılanların surətini də, bu Müraciətimə əlavə edirəm. Hərbi biletimin 6-cı səhifəsində qeyd olunub ki, 29.09.2020-ci il tarixində, 279 nömrəli əmrlə, tuşlayıcı minaatan kimi, 703 saylı Hərbi Hissənin tərkibinə daxil olmuşam. Hərbi biletimin digər səhifəsində göstərilib ki, 703 saylı Hərbi Hissənin tərkibində, Tərtər -- Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında tuşlayıcı minaatan kimi iştirak etmişəm.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Sizin haqq mübarizəsinə başlamaq əmrinizi qürurla qarşılayaraq, 44 günlük Vətən Müharibəsinə xüsusi bir coşquyla və sonsuz inamdan doğan sevinclə qatılmışam. Sizin alqışalayiq Ali Baş Komandan bacarığınız sayəsində, elə ilk gündən, gərgin keçən savaşlarda, şəhid Vətən övladlarının qanları və canları bahasına, tapdağında 30 il inləyən torpaqlarımızı qarış-qarış işğaldan azad edərək, mənfur düşmən üzərində möhtəşəm və inamlı qələbə qazanan, müqəddəs üçrəngli Dövlət Bayrağımızı yenidən dədə-baba yurdlarımızda ucaldan Milli Ordumuzun döyüşçülərindən biri olmuşam. Bir sözlə, 2020-ci ilin noyabr ayının 10-u gecəsi, Sizin xalqımıza verdiyiniz möhtəşəm zəfər müjdəsində payı olanlardan biri də, mənəm.

Bəli, elə həmin gün, 30 illik Dağlıq Qarabağ münaqişəsinə, xalqımızın möhtəşəm qələbəsi ilə, son qoyuldu. Bütün bunlara, Sizin Ali Baş Komandanlığınız altında vuruşan döyüşçülərimizin cəsurluğu və şücaəti ilə nail olundu. Onlardan biri olduğum üçün, özümü xoşbəxt sayıram. Lakin əlaqədar dövlət strukturlarında, rahat vəzifə kreslolarında oturanlar tərəfindən gördüyüm hörmətsiz, sayğısız və qeyri-səmimi münasibətlər, məni, hədsiz dərəcədə ruhdan salır və rahat ola bilmirəm. Bir sözlə, gərgin bir durumdayam.

Bir daha qeyd etmək istəyirəm ki, 44 günlük Vətən Müharibəsinin ilk günündən, yəni, 27.09.2022-ci il tarixindən Möhtəşəm Qələbə gününədək döyüşlərdə fəal iştirak etmişəm. Bununla bağlı, lazımi məlumatlar mənim hərbi biletimdə də qeyd olunub. Axı, düşmən tapdağında inləyən bu Vətən torpaqları uğrunda mən döyüşmüşəm, hər an olümlə üz-üzə olmuşam. Həyatıma risk etmiş, doğma Vətən naminə ölümün gözünə dik baxmışam. Hərbi xidmətdən tərxis olunmağımla bağlı, hərbi biletimdə möhürün olmaması 703 saylı Hərbi Hissə rəhbərliyinin səhvidir. Nəyə görə, onların bu səhvinə görə, mən, veteran adı və vəsiqəsi ala bilməməliyəm?! Niyə, başqalarının günah və səhvlərinin bədəlini mən ödəməliyəm?! Nəyə görə, müharibə veteranı adı alanların siyahısında mənim adım olmasın?!

Çox hörmətli möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Sizdən çox xahiş edirəm ki, məni hədsiz narahat edib, şoka salan bu suallarımın cavablandırılması üçün, Müdafiə Nazirliyinə öz ciddi tapşırıqlarınızı verəsiniz! Edəcəyiniz köməyə görə, Sizə, qabaqcadan öz dərin minnətdarlığımı da çatdırıram!ARAZ BESİNCİDİR5

Dərin hörmət, rəğbət və ehtiramla,

böyük inam və ümidlərlə,

Ruslan Ceyhun oğlu Ömərov.

Əlaqə telefonum: (051) 952 62-32". //araz.az//




Paylaş:


Müəllif : Tarix:
23-01-2023, 10:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər