Azərbaycanda məktəb və bağçalar bağlanır? - RƏSMİ CAVAB
Koronavirus pandemiyası mutasiyaya uğrayandan sonra neçə aydır ki, davam edən çox güclü virusun yayılıb.
Sözügedən xəstəlik güclü boğaz ağrısı, yüksək hərarət, öskürək və qulaq ağrısı ilə müşayiət edilir. Bəziləri bunun koronavirus, bəziləri də qrip növü olduğundan şübhələnirlər. Səhiyyə Nazirliyindən son günlər əhali arasında hərarət, baş ağrıları, ümumi zəiflik, boğazda ağrılar, öskürək, burun axması və s. əlamətlərlə müşayiət olunan çoxsaylı xəstələnmə hallarına rast gəlindiyi təsdiqlənib. Amma ictimaiyyətə hələlik yayılan xəstəliyin nə olduğu barədə dəqiq məlumat verilmir.
Digər tərəfdən də koronavirus (COVID-19) infeksiyasının “kraken” adlı yeni ştamı Avropada yayılıb. “Kraken” artıq Danimarka, Fransa, Avstriya, Niderland, Almaniya, İtaliya, İspaniya, İsveç, İslandiya, Belçika, Çexiya, Portuqaliya və İrlandiyada tapılıb. Azərbaycanda insanların sözügedən ştama yoluxması barədə fikirlər var. Səhiyyə Nazirliyi açıqlamasında yayılan virusun çox güclü olduğunu təsdiqləyib. Həkimlər isə yayılan virusun koronavirusun ştamı olduğunu bildiriblər. Bundan əlavə, mütəxəssislər məktəb və bağçaların bağlanılmalı olduğunu çıxış yolu kimi təklif edirlər.
Məlumata görə, Cebhe.info-ya açıqlamasında pediatr Xəyalə Quliyeva təsdiq edib ki, məktəb və bağçaların açıq olması xəstəliyin yayılmasında böyük rol oynayır:
"Amma bu, o demək deyil ki, məktəb və bağçalar bağlanmalıdır. Məktəb və bağçalarda xəstə uşaqlara ciddi nəzarət olunmalıdır. Nəzarət özəl bağçalarda var, amma dövlət bağçalarında belə bir xidmət yoxdur. Özəl bağčalarda uşaq xəstədirsə, o uşaq digər uşaqlardan təcrid olunur, ayrıca bir otağa salınır. Uşağın temperaturu ölçülür, dərmanlar verilir. Çox yaxşı olardı ki, dövlət bağçalarında belə bir xidmət təşkil olunsun. Bu xəstəliklərin yayılmaması üçün şərtdir. Valideynlərin məsuliyyətsizliyi xəstəliyin daha da yayılmasına, kütləviləşməsinə səbəb olur".
Pediatr hesab edir ki, məktəb və bağçaların bağlanması həkimlərin səlahiyyətində olmasa da, Elm və Təhsil Nazirliyi müəyyən məsələyə "əncam" çəkməlidir:
"Çünki həqiqətən də xəstəliyin yayılma səbəbi məhz uşaqların xəstə- xəstə dərsə gəlməsidir".
Məsələyə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov da münasibət bildirib. DİA.AZ-ın məlumatına görə, o Cebhe.info-ya açıqlamasında deyib ki, məktəblərin və bağçaların bağlanılması gündəmdə deyil:
"Elə söhbət yoxdur. Şagirdlərin və körpələrin səhhətində elə bir narahatlıqla qarşılaşmırıq".
Paylaş:
Müəllif : Yazar
Tarix:17-01-2023, 17:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?