Göyçay Su-Kanal İdarəsində özbaşınalıq baş alıb gedir - ŞİKAYƏT

RegionXəbərləricom.az-a Göyçay şəhəri Heydər Əliyev pr. 209 ünvanında yaşayan Rəhimova Validə Mahmud qızı tərəfindən daxil olan şkayətdə deyilir;
"Cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, mən Rəhimova Validə Mahmud qızı 23 ildir ki, Göyçay şəhəri Heydər Əliyev prospektində yerləşən 106 Peşə Liseyinin yataqxanasında yaşayıram. İllərdir ki, qaldığımız yerdə su-kanalizasiya problemi ilə üzləşirik. Tavana sellofanlar vurmuşuq. Çünki binanın yuxarı mərtəbələrindən tökülən kanalizasiya suları üzərimizə axır. Davamlı olaraq tullantı suların hədəfinə çevrilən divarlar ovxam-ovxam gedir. Evin bütün əşyaları, o cümlədən də kravatlarımız belə rütubət içərisindədir. Binaya içməli su ümumi və sayğacsız verilir. Ən azı 1 ildən daha artıqdır ki, suyun krantı xarab olub. Bu isə içməli suyun boş yerə israf olması deməkdir. Bu cür su itkisi səbəbilə isti yay günlərində Göyçay Su Kanal İdarəsinin məsuliyyətsizliyi ücbatından sakinlərinin əksəriyyəti su üzünə həsrət qalır. Mən, Göyçay Su Kanal İdarəsi qədər öz vəzifəsinə qeyri-ciddi yanaşan, vətəndaşların problemlərini görməzdən gələn ikinci bir idarə və ya qurum tanımıram.
Müxtəlif xəstəliklərə düçar olan 15 yaşlı nəvəm 1 il öncə vəfat etdi. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstiyusiyasının 41-ci maddəsində: "İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər".
Dəfələrlə "Azərsu" ASC Göyçay Su Kanal İdarəsinə müraciət etmişəm. İdarənin Kazım adlı vəzifəli şəxsinin yanında da olmuşam. Onlar mənə "İdarənin balansında kifayət qədər vəsait yoxdur" kimi müxtəlif bəhanələr gətirirlər. Beləliklə də adı çəkilən idarənin məsul əməkdaşları həm biz vətəndaşları incidirlər, həm də tonlarla suyun itkiyə getməsinə göz yumaraq dövlət büdcəsinə xeyli miqdarla zərər vururlar. Bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü (Səhlənkarlıq) maddəsinə əsas verir.
Sizdən çox xahiş edirəm, şikayətim yerində obyektiv araşdırılsın və problemlərimin həlli təmin olunsuz. Öncədən təşəkkürümü bildirirəm".
Paylaş:
Müəllif : Yazar
Tarix:26-12-2022, 09:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB