reklam
Regionxeberlericom.az » Sosial » “Qarabağ ermənilərinin bir hissəsinə Rusiya, digərinə isə İran vətəndaşlığı verilib” – İLGİNC AÇIQLAMA

reklam

“Qarabağ ermənilərinin bir hissəsinə Rusiya, digərinə isə İran vətəndaşlığı verilib” – İLGİNC AÇIQLAMA


“Qarabağdakı silahlı ermənilərin çoxunun savadı və təhsili yoxdur. Onlar kilsədə yetişdiriliblər və daim terrorçuluq ideyaları ilə formalaşdırılıblar”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev səsləndirib. O bildirib ki, erməni kilsəsi öz maraqlarına uyğun adamlar yetişdirir: “Bizi hədələyənlər də həmin separatçı ermənilərdir. Burada iki istiqamətə baxmaq lazımdır. Belə ki, Qarabağ ermənilərinin bir hissəsinə Rusiya, digərinə isə İran vətəndaşlığı verilib. İran vətəndaşlığı xüsusən Hadrut və Xocavənd ermənilərinin bir hissəsinə İslam Respublikasına rahat gedib-gəlmək, narkoticarətlə məşğul olmaq üçün verilib. Yəni oradakı ermənilərin ikili vətəndaşlığı mövcuddur”.

Cümşüd Nuriyevin sözlərinə görə, hazırda ikili vətəndaşlığı olan ermənilər Azərbaycanın Şuşa-Xankəndi yolundakı aksiyası səbəbindən çətin vəziyyətə qalıblar: “Çünki yolun bağlı olması, onların Ermənistan üzərindən İrana keçməsinin qarşısını alır. Üstəlik ingilislərin Ermənistana gəlməsi səbəbindən artıq ruslar da onları müdafiə etmir. “Mİ6” rəhbərinin Ermənistana gəlməsi isə Paşinyanı əməlli-başlı qorxuya salıb. Çünki ingilislər Ermənistanı Rusiyadan qopmağa, KTMT-dən çıxmağa və Azərbaycanla sülh müqaviləsi imzalamağa məcbur edir. Ermənilərin Paşinyanı “türk” adlandırması da bu məsələdən qaynaqlanır”.




Paylaş:


Müəllif : Tarix:
20-12-2022, 13:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər