reklam
Regionxeberlericom.az » Sosial » “Avropadakı diplomatlarımız çox zəif işləyirlər..." - Etibar Məmmədovdan İTTİHAM

reklam

“Avropadakı diplomatlarımız çox zəif işləyirlər..." - Etibar Məmmədovdan İTTİHAM

Azərbaycan ictimai fəallarının Şuşa-Xankəndi-Xocalı-Əsgəran-Ağdam yolunda artıq 6-cı gündür davam edən məlum etiraz aksiyası ilə bağlı xaricdən, xüsusən Qərbdən, Avropa təşkilatları və bəzi ölkələrdən rəsmi Bakını qınayan reaksiyalar gəlməkdədir. Görəsən, həmin reaksiyalar bundan sonra daha ciddi təzyiqlərə çevrilə bilməz ki? Və bunun qarşısını almaq üçün Azərbaycan tərəfi hansı tədbirləri görməlidir?...

Milli İstiqlal partiyasının lideri, istiqlalçı deputat Etibar Məmmədov Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib:

“Hesab edirəm ki, Qərb tərəfindən bundan sonra Şuşa-Xankəndi yolundakı etiraz aksiyalarımızla bağlı Azərbaycana qarşı ciddi təzyiqlər olmamalıdır. Çünki əvvəla, biz haqlı tərəfik və onların buna haqqı yoxdur. Və əslində Qarabağ bütünlüklə beynəlxalq hüquq baxımından Azərbaycanın tərkib hissəsi olduğundan, ərazidə “sülhməramlı”lar yerləşsə belə, oradakı məsələlərin həlli müstəqil dövlət kimi bizim daxili problemimiz sayılmalıdır”.

“Amma prosesə qarşı beynəlxalq təzyiqlərin qarşısının alınması həm də Azərbaycan diplomatlarının peşəkar işindən, təbliğatından asılıdır. Təəssüf ki, müşahidələr, təhlillər göstərir ki, Avropadakı diplomatlarımız, diplomatik korpusumuz zəifdən də zəif işləyir. Yənin onlar Azərbaycanın hazırkı geo-siyasi durumuna uyğun fəalaliyyət göstərmirlər” -deyə paryiya lideri vurğulayıb.

“Avropadan söz düşmüşkən, Azərbaycan-Ermənistan arasında sülhün yaranmasıyla bağlı təşkil olunan Brüssel prosesinin artıq bir ili tamam olur. İndiyədək 5 görüş keçirilib. Təəssüf ki, proses hələki Paşinyanın Makron sevdası ucbatından tormozlanıb. Sizcə, bundan sonra bu formatda görüşlərin davam etdirilməsinin faydası olarmı?” sualını isə istiqlalçı deputat belə cavablandırıb:

“Əlbəttə, Brüssel formatında görüşlər hələ davam etdirilməlidir. Sadəcə, Paşinyanın Fransa prezidenti Makronun orada iştirak etməsi tələbi qəbul oluna bilməz. Bu daAvropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeldən asılıdır ki, o, qətiyyət göstərsin və Ermənistan rəhbərini belə bir şərt irəli sürməməyə vadar etsin. Əgər bu format Avropa İttifaqının moderatorluğuyla Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü kimi nəzərdə tutulursa, zənnimcə, əlavə bir tərəfin də cəlb olunması prosesə fayda verməyəcək”.




Paylaş:


Müəllif : Tarix:
17-12-2022, 13:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər