reklam
Regionxeberlericom.az » Sosial » Şəkidə Şəhid qardaşı NARAZILIQ EDİR... - "Şikayətimizə də baxan yoxdur..."

reklam

Şəkidə Şəhid qardaşı NARAZILIQ EDİR... - "Şikayətimizə də baxan yoxdur..."


 Şəki rayonun Aşağı Göynük kənd sakini, şəhid qardaşı Əbdürəhimov Sadiq Məmmədəli oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Regionxeberlericom.az bildirir ki, bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Əvvəlcə təkrar olaraq xatırlatmaq istəyirəm ki, biz Şəki rayonun Aşağı Göynük kəndində yaşayan sakinlər (şəhid ailəsi) olan və 9 nəfər ailə üzvlərimizə verilmiş pay torpaq sahəsi 5 ha-a yaxındır. “Daşlı girmə” adlanan ərazidə yerləşir. Mən buraya xərc çəkib yonca becərmişəm ki, heyvandarlıqla məşğul olub ailəmizi dolandıraq. Budur, neçə vaxt idi ki, kimsə öz qoyun və malq-qara sürüsünü bizim və camaatın ot sahəmizə salıb otarırdı. Öyrəndik ki, 70 km aralıda olan Şəki şəhər İcra Hakimiyyətinin Qayabaşı kənd İcra nümayəndəsi Cabir adlı birisidir. O, 102 baş şəxsi inəklərini və 300 baş qoyunlarını yenədə gətirib töküb pay torpaqlarımıza Heç nəyə baxmadan basıb otarır, özbaşnalıq edirdi. Bütün kənd camaatına ziyan vururdu. Budur, hamılıqla şikayətlər edirdik xeyri yox idi. Bir il əvvəl dövlət məmurunun bu mal-qarasının hamısını şəxsi ot sahələrimizdən çıxarıb 6 km məsafəni sürüb gətirdik Şəki- Qax magistral yoluna ( 18-ci km-yə) toküb etiraz etdik ki, tədbir görülsün. Bunların əlindən biz qışda şəxsi mal-qaramıza verməyə ot tapmırıq. Bütün kənd camaatı bu vəhşiliyə, saymazlığa, qanusuzluğa, məmur malı özbaşnalığına qarşı Qax –Şəki yolunun ortasında etiraz etdik. Bundan sonra yaxşı ki, mənim 8 sentyabr tarixli şikayətimə yaxşı ki, 14 sentyabrda Daxili İşlər Nazirliyindən zəng vurub maraqlandılar. Və dedilər ki, Şəki Polisinə məlumat verərik araşdırılar. Amma hələlik əksini gördük. Qayabaşı Kənd İcra Nümayəndəsi Cabirin şəxsi biznesini artırmaq üçün gətirib bizim şəxsi yerlərimizdə 100 baş mal-heyavanını çox sərbəst formada otarır. Elə bil dədəsinin-cicisinin yeridir. Bu məmuru başa sala bilmirik ki, bu torpaqlar özəldir, pay torpaqlarıdır. Örüş sahəsi deyil. Baxan yoxdur. Heç yerə gedəsi fikri də yoxdur.

Şikayətimizə də baxan yox, süründürməçilik edir Şəki Dövlət Aqrar İdarəsi də o biri strukturlar da. Nəhayət, keçən ilin dekabrında mənə çağırıb dəymiş ziyana görə 600 manat verdilər.

Budur, bu ilin sentyabrından yenə də həmin Cabir- Qayabaşı kən icra nümayəndəsi bu dəfə 120 baş iribuynuzlu mal qarası ilə gəlib yenə özəl pay torpaqlarımızda basıb inəklərini, öküzlərini otarır. Bu il sentyabrın 22-də DİN-nin 102 xidmətinə zəng edib şikayət etdim ki, dövlət məmurunun özbaşnalığına son qoyun. Sonra 23 sentyabrda Şəki Polis Şöbəsinə şikayət etdim. 04 oktyabr 2022-də rəsmi cavab verdi ki, müraciətiniz əsasında Dərəcənnət kənd sakini Xudiyev Musa ( cabirin nökəri-çobanı) İXM-nin 290.1.1 maddəsi üzrə protokol yazılıb." Vəssəlam. Sonra oktyabrın ortasında Şəki İcra Hakimiyyəti başçısı Elxan Usubovun rəsmi qəbulunda oldum. Sağ olsunlar, şəhid ailəsi olduğuma görə məni 5 saatdan sonra ən axırıncı adam kimi qəbul etdilər . Və başçı bildirdi ki, gedin polisə şikayət edin.

Cənab Prezident. Sizdən xahiş edirik ki, aidiyyatı orqanlara göstəriş verəsiniz ki, birbaşa Sizi Qayabaşı kəndində uzun illər təmsil edən kənd lcra nümayəndəsi Cabiri başa salasınız ki, onu bu vəzifəyə şəhid ailələrinin, əlillərin pay torpaqlarında özbaşnalıq edib mal-qara otarmağa yox, kənddə camaatın problemlərilə məşğul olmaq üçün təyin ediblər. Axı bu dövlət məmuru 120 baş iribuynuzlu, 340 baş xırdabuynuzlu mal-qaraya necə sahib olub?

Xahiş edirik ki, biz şəhid və qazi ailələrinə qarşı hər il təkrar təkrar törətdiyi bu özbaşnalıqlara son qoyulsun. İmkan verilsin ki, bu günə qədər dövlətdən heç vaxt heç bir imtiyaz və köməklik görmədiyimiz halda öz şəxsi torpağımızda əziyyət çəkib ailələrimizi dolandıraq. Camaat da bu özbaşnalığa çox əsəbləşib".




Paylaş:


Müəllif : Tarix:
21-11-2022, 09:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər