İşıq, qaz, su özəl ələ keçir? - “Qiymət ucuzlaşmalıdır”
“Köhnə stansiyaların yeni stansiyalarla əvəz edilməsi böyük vəsait hesabına olur və xüsusilə Yaşmada özəl investisiyanın hesabına həyata keçirməyi planlaşdırırıq. Çünki bir meqavat bir milyonla ölçülsə, 500 meqavatlıq stansiya yarım milyard yatırım deməkdir”.
Bunu energetika nazirinin müavini Elnur Soltanov BMT-nin "DİM Dialoqları" təşəbbüsü çərçivəsində keçirilən "Azərbaycanda Yaşıl transformasiya" adlı konfransda panel müzakirəsində çıxışı zamanı deyib. Nazir müavini bildirib ki, bu, kifayət qədər böyük vəsaitdir:
“Özəl investisiyaları cəlb etməklə həm təbii qaza qənaət, həm də digər istixana qazlarının azaldılması, həm də ixrac üçün əsas yaradırıq".
Qeyd edək ki, ölkənin enerji ilə təminatı istiqamətində bir sıra tədbirlər həyata keçirilsə də, hazırda kommunal xidmətlər dövlət qurumları tərəfindən reallaşdırılır.
Benəlxalq təcrübəyə əsaslansaq, ölkədə kommunal sahə özəlləşdirilə bilərmi?
İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, bizdə bu istiqamətdə ilk proses “Bakıelektrikşəbəkə”nin idarəetməyə verilməsi ilə oldu və bu, özəlləşmə deyildi:
“Həmin vaxt “Barmek” şirkətinə 25 il müddətinə idarəeməyə verilmişdi. Yeri gəlmişkən, “Barmek” şirkəti də kifayət qədər effektiv başlamışdı. Sonra şirkətlə hökumət orqanları arasında müxtəlif problemlər yaşandı və o müqavilə ləğv olundu. Əslində kommunal xidmətlərin paylayıcı qolunu, şirkətləri çoxdan özəlləşdirmək lazım idi, yaxud idarəetməyə vermək lazımdır. Bu dövlətin üzərində həm böyük bir yükdür, həm də effektiv idarəetməni təmin etmək üçün önəmlidir.
Xarici, yaxud yerli şirkətlərə istehsalın yox, məhz paylanmasının devr edilməsi həm dövlət büdcəsinə qənaət etməyə, həm də vətəndaşlarla kommunal xidmətlər göstərən şirkətlərin münasibətlərinin yaxşı tənzimlənməsində rol oynaya bilər. İndi biz istehlakçı kimi elektrik enerjisi, qazı, suyu dövlət şirkətlərindən alırıq. Ancaq istehlakçı kimi heç bir hüququmuz yoxdur. İstədikləri vaxt suyu, qazı kəsirlər, işığı söndürürlər, ancaq buna görə heç bir konpensasiya ala bilmirik. Ancaq ödənişi 1-2 gün gecikdirəndə, suyun, qazın, işığın verilişini dayanırırlar. Hətta məhkəməyə müraciət etsən belə, məhkəmə hər zaman dövlət şirkətlərinin yanında durur".
Ekspert bildirib ki, özəl şirkətlərin bu sahədə fəaliyyət göstərməsinə imkanlar yaradılsa, vətəndaşlarla özəl paylayıcı şirkətlər arasında fərdi müqavilələr bağlanmalı, qarşılıqlı məsuliyyət olmalıdır:
"Yəni ödənişi vaxtında etməyən vətəndaşın nə məsuliyyəti varsa, heç bir səbəb göstərmədən tez-tez kəsintiyə yol verən hansısa şirkətin də öz məsuliyyəti olmalıdır.
Kompensasiyalar ödəməli, qiymət endirimləri etməlidir. Necə ki, biz bunu Avropa ölkələrində görürük. Ona görə də paylayıcı şəbəkələrin özəlləşməsi, yaxud uzun müddətə idarəetməyə verilməsində məntiq də var, ona ehtiyac da yaranıb”.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-11-2022, 09:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB