Şirkət Ali Məhkəmədə qalib gəlsə də, Vergi Xidməti blokdan çıxarmır - NARAZILIQ!

“Dövət Vergi Xidməti 2020-ci ildən “Ümid İnşaat” MMC-nin ƏDV hesabını bloklayıb. Səbəb kimi isə maliyyə əməliyyatını riskli əməliyyat hesab etməsidir. Şirkət məhkəməyə müraciət edib və qalib gəlsə də, hələ də hesabına qoyulan blok götürülməyib”.
Bu şikayətlə “Qafqazinfo”ya “Ümid İnşaat” MMC-nin nümayəndəsi Əziz Məmmədli müraciət edib.
O bildirib ki, “Ümid İnşaat” MMC həm birinci instansiya, həm apellyasiya, həm də Ali Məhkəmədə qalib gəlib: “Məhkəmələr şirkətin lehinə qərar verilib ki, “Ümid İnşaat” MMC-nin hesabı blokdan çıxarılsın. İş bu ilin may ayında yekunlaşıb, amma buna baxmayaraq maydan oktyabradək 5 ay keçsə də, vergi orqanı bunu icra eləmir. Bununla bağlı müxtəlif orqanlara o cümlədən, məhkəməyə müraciət olunub, lakin, qarşı tərəf məhkəməyə yanlış məlumat təqdim edib ki, guya şirkətin ƏDV hesabında hər hansı məhdudiyyət mövcud deyil. Halbuki faktiki olaraq 2020-ci ildən bəri hesabımız blokdadır və indiyə qədər də açılmayıb”.
Ə. Məmmədli bildirib ki, Dövlət Vergi Xidməti tərəfindən yalnız bəzi funksiyalarda məhdudiyyət götürülüb, amma əsas funksiyalar yenə də blokda qalır: “Məhkəmə qərarı olsa da, vergi orqanı onu heçə sayaraq icra eləmir”.
Problemlə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlasaq da, cavab ala bilmədik.

Paylaş:
Müəllif : Yazar
Tarix:3-11-2022, 08:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB