reklam
Regionxeberlericom.az » Sosial » Plansız şəhərsalmaya yol verən KİMLƏRDİR? – “Sistemsizliyin qurbanına çevrilmişik”

reklam

Plansız şəhərsalmaya yol verən KİMLƏRDİR? – “Sistemsizliyin qurbanına çevrilmişik”


Azərbaycanın şəhərsalma qaydaları və standartları illərdir ki, pozulur. Xüsusilə paytaxt Bakıda plansız şəhərsalma prosesi hələ də davam edir. Baxmayaraq ki, Bakının üzün müddətdir aidiyyəti qurumlar Bakının Baş Planı üzərində çalışır. Bu layihənin ilkin versiyası 2020-ci ilin oktyabrın 9-da ictimaiyyətə təqdim edilib.

Layihə paytaxtın 213 500 hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 ildə şəhərin əsas inkişaf prioritetlərini əks etdirir. Amma hazırki durum Baş Plandakı prioritetləri də əzib keçməklə məşğuldur.

Ən çox da bu işdə yerli icra hakimiyyətləri, dövlət qurumları ilə sahibkarlar iştirak edir. Boş yerlər zəbt edilir, yaşıllıqlar məhv edilir, yerində sayı-hesabı olmayan obyektlər, ticarət mərkəzləri və ya hündürmərtəbəli binalar tikilir.

Bəzən Tikinti Məcəlləsinə əməl etməyən tikililərlə bağlı problemlər ictimailəşsə də, şəhərsalma qaydalarını pozanlar cəzalandırılmır.

Ekspertlərin bildirdiyinə görə plansız şəhərsalmaya ilk növbədə icra hakimiyyətləri, daha sonra Fövqəladə Hallar Nazirliyi, Dövlət Səhərsalma və Arxitektura Komitəsi yol verir.

Memar Elçin Məmmədov Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verib. O, deyib ki, şəhərsalma fəaliyyətinin həyata keçirilməsi zamanı sıravı vətəndaşların (hansısa vəzifəli şəxsin deyil) əlverişli yaşayış mühiti hüququ təmin edilməlidir:

“Baş plan- şəhər ərazisinin inkişafı istiqamətlərini və sərhədlərinin genişləndirilməsini nəzərə alınmaqla hazırlanmış əsas şəhərsalma sənədidir. Amma burada çox önəmli məqam var. Bu ərazinin inkişafı həm dövlət tapşırıqlarını, həm də həmin ərazidə yaşayan əhalinin mənafeyini nəzərə almaqla həyata keçirilməlidir.

Ərazinin funksional təyinat və tikinti baxımından zonalar üzrə, torpaqların mülkiyyət növü üzrə bölgüsü, yaşayış sahələrinin və obyektlərin yerləşdirilməsi ilə bağlı əsaslı qərarlar, nəqliyyat xidmətləri, mühəndis avadanlıqları və abadlıq, eləcə də ərazilərin işlənməsi qaydaları bu sənəddə öz əksini tapmalıdır.

Xüsusilə Baş planda əhalinin sayı, mənzil tikintisinin həcmi, mədəni və ictimai xidmət müəssisələri sistemi, ərazinin mühəndis hazırlığı, təbiətin mühafizəsi məsələləri, mühəndis avadanlıqları və s-nin nəzər alınması qeyd olunub. Əgər bunlardan hansısa birini nəzərə almasaq baş planın effektivliyi aşağı düşür”.

Ekspertin sözlərinə görə bu gün biz demək olar ki, həmin sistemsizliyin qurbanına çevrilmişik:

“Şəhər canlı orqnizmdir və bu gün şəhər əhalisinin sıxlığı,əhalinin həyat səviyyəsinin yüksəlməsi nəticəsində nəqliyyat vasitələrinin əhalinin mülkiyyətində artması, öz növbəsində nəqliyyatın intensivliyinə təsir göstərir və problemlər yaranır -parkinq, saxlama, texniki xidmət və s.

Sovet dövründə hər şey aydın idi. Baş plan strateji sənəd olaraq şəhər icraiyyə komitəsi tərəfindən işlənib hazırlanırdı, tətbiq edilirdi və aidiyyatı qurumlar plana əməl etməyə çalışırdılar.

90-cı illərdə Baş plan haqqında heç danışmağa dəyməzdi və bir çox qanunsuz, sistemsiz tikililəri o vaxta aid etmək olar.

FHN, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, müxtəlif rayonların icra hakimiyyətlərinə gəlincə, onlar qanunları və öz səlahiyyətlərini yaxşı bilirlər. Sadəcə hər bir qurum öz işinə vicdanla yanaşsa biz şəhəri gələcək üçün yaşatmağı bacaracağıq. Şəhərsalma norma və qaydaları şəhərsalmanın əsasını təşkil edir və şəhərsalma fəaliyyətinin subyektləri tərəfindən icrası məcburidir”.





Paylaş:


Müəllif : Tarix:
25-10-2022, 16:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər