Yüzlərlə alimi Şuşaya aparmaq adı ilə ALDATDILAR
AMEA-nın bir qrup aliminə qarşı dələduzluq edilib.
AMEA-nın əməkdaşı, Filoloqiya elmləri üzrə fəlsəfə doktoru Vüsalə Ağabəyli Lent.az-a açıqlamasında bildirib ki, Əlvan Cəfərov adlı şəxs onlara Şuşada elmi konfrans təşkil edildiyini deyib, alimlər də böyük həvəslə bu konfransda iştirak etmək istəyiblər. Konfransda iştirak ödənişli əsaslarla olub. 450 nəfərdən 70 manatdan pul yığıldıqdan sonra iyunun 8-də səfərə çıxmalı olan alimlərə bildirilib ki, seçim aparılıb, Şuşaya 100 nəfər gedəcək: "Sabah yola çıxacağımız ərəfədə bəlli olub ki, cəmi 100 nəfər seçilmiş alim bu gün gediblər. Kim seçib, necə seçib bu başqa sualdır. Və bu sualların da cavabı aydınlaşacaq. Gedənlərin içində bir ailədən 4 nəfər üzvü və alim olmayanlar da var. İndi də yazıb ki, heç kim ödənişini geri istəməsin. Xeyirdimi? Hər adamdan 70 manat almaq və onu qaytarmamaq bu qədər asandırmı? 370 nəfərdən 70 manat alanda 25 900 manat edir”.
AMEA-nın baş elmi işçisi Səltənət Ağayeva isə Lent.az-a açıqlamasında qeyd edib ki, bütün bu olanlardan sonra Əlvan Cəfərovla əlaqə saxlaya bilmirlər: "Hər dəfə telefona cavab verən xanımı Əlvanın məşğul olduğunu qeyd edir, telefonu bağlayır. Məsələ yalnız pulda deyil. Biz hamımız iş adamlarıyıq. Səfərə çıxacağıq deyəndə buna hazırlaşırıq. Məqalələr yazırıq, icazə alırıq. Ən son məqamda bizə deyilir ki, alınmadı. Nə ödəmələr geri qaytarılmır, nə də bu seçimin hansı əsasda aparıldığı deyilir. Əlvan Cəfərov ortaya çıxmasa polisə müraciət edəcəm. Bizə deyir qazi ailələri də gəldi deyə yer olmadı. Elmi konfransda qazi ailələri olmur axı”.
Səfərin təşkilatçısı kimi təqdim edilən Əlvan Cəfərov isə Lent-az-a açıqlamasında bildirib ki, o bu məsələdə texniki işçidir: "Ödənişlərin hamısı geri qaytarılacaq. Sabah səhər AMEA-da sözügedən konfransın açılışı olacaq".
Onu da qeyd edək ki, yazı hazırlanarkən Səltənət xanım saytımızla əlaqə saxlayaraq ödənişin ona artıq geri qaytarıldığını bildirdi.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-06-2022, 12:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?