Kartof mövsümü BAŞLADI - Cəlilabad fermerləri nədən narazıdır?

Cəlilabadda bir-neçə gündür kartof yığımı başlayıb. Sahələrdə məhsuldarlıq ötən illə müqayisə yüksəkdir. Hazırda fermerlər hər hektara orta hesabla 20-25 ton məhsul götürürlər. regionxeberlericom.az Bizim.Media-ya istinadən xəbər verir ki, fermerlər ilk olaraq istixana şəraitində yetişdirilən məhsulun yığımına başlayıblar.
Onlar bildirirlər ki, mart ayında cənub bölgəsində intensiv yağan yağışların əmələ gətirdiyi sel suları təsərrüfatlara təsirsiz ötüşməyib.
Selin yuduğu əkin sahələrində məhsuldarlıq aşağı düşsə də, təbii fəlakətin məruz qalmadığı sahələrdə məhsuldarlıq ötən illə müqayisədə yüksəkdir, hər hektara orta hesabla 20-25 ton məhsul götürülür.
Hazırda toplanan məhsul daxili bazarla yanaşı, xaricə də ixrac edilir. Fermerlərin sözlərinə görə, mövsümün əvvəlində kartof əsasən Rusiya, Ukrayna bazarlarına ixrac edilirdi. Məlum hadisələrdən dolayı hazırda tələbat təkcə Rusiya bazarlarınadır. Müharibə fermerlərin əlindən Ukrayna bazarlarını alıb.
Yığımın əvvəlində kartofun bir kiloqramının qiyməti 1 manat 40 qəpikdən başlasa da, hazırda məhsulun bir kiloqramı 1 manatadır.
Fermerlər qeyd edirlər ki, həm kartofun məhsuldarlığı, həm də qiymətlər ürəklərincədir. Lakin onları narazı salan məsələ yükdaşımalardakı qiymət artımıdır.
Onların sözlərinə görə, mövsümün əvvəlində TIR sürücüləri Moskva istiqamətinə yüklərin daşınması üçün 2800 dollar tələb etsələr də, indi bu qiymət 3800 dollara qalxıb. Bu da ilk növbədə kartofun maya dəyərinə təsir edir.
Fermerlər bir qədər öncə gündəmə gələn “kənd təsərrüfatı qatarları” ideyasına ümid etdiklərini bildirsələr də bunun ideya olaraq qalmasından tədirgindirlər.
Fermerlər bidirirlər ki, bir də Rusiya tərəfinin bəzi məqamlarda süni şəkildə yaratdığı “zərərli tərkib” siyasəti də qazanclarına əngəl olur. Hələ mövsümün başlanğıcı olduğundan ümidləri də çoxdur. Düşünürlər ki, bahalaşmanın qarşısını almaq üçün tədbirlər görmək olar.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-05-2022, 15:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO