ATƏT-in Minsk qrupu GORBAGOR OLDU: - "Rusiya yenidən cəhd edir ki..."
“Azərbaycanla Ermənistan Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına cavab verməli, Brüssel görüşündə razılaşmaya sədaqətli olub Rusiyanın hər hansısa bir formada vasitəçiliyindən imtina etməlidirlər”. Bu fikirləri ATƏT-in Minsk qrupunun dağılmasına münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.
Sərdar Cəlaloğlu bildirib ki, Rusiya məcbur olub ATƏT-in Minsk qrupundan çıxıb:
“Brüssel görüşündə gəlinən razılıq budur ki, iki dövlət arasında münasibətlərin yoluna qoyulmasında üçüncü tərəf iştirak etməsin. Bu həm qrup şəkilində, hə də fərdi qaydada iştirakçılığın olmaması deməkdir.
Rusiya ATƏT-in Minsk qrupundan imtina etmədi. Sadəcə Fransa və ABŞ bütün münasibətləri kəsdiyi üçün Rusiya tək qaldı və məcbur olub imtina etdi. Rusiya çox istəyirdi ki, ATƏT-in Minsk qrupu Qarabağ problemində iştirak etsin. Sadəcə olaraq Fransa və ABŞ ciddi mövqe nümayiş etdirdi. Ancaq Rusiya yenidən cəhd edir ki, Ermənistanla Azərbaycan arasındakı mübahisəyə müdaxilə etsinlər. Hətta Rusiyanın Xarici İşlər Nazirliyi müəyyən bir qərar da qəbul edib.
Rusiya bu məsələdən asanlıqla uzaqlaşmayacaq. Çalışacaq ki, prosesi davam etdirsin. Rusiya bir tərəfdən Brüssel görüşü ilə bağlı xoş bəyanatlar verir, digər tərfdən isə Brüssel görüşünün əsas prinsiplərinə zidd mövqe nümayiş etdirir. Çox maraqlıdır, Rusiya XİN belə bir bəyanat verib ki, onların təyin etdiyi adam iki dövlət arasında əlaqələrin nizama salınması üçün sənəd hazırlayacaq. Azərbaycanla Ermənistan isə onlara kömək etməlidir. Rusiyanın deməyindən belə çıxır ki, Azərbaycan və Ermənistan köməkçi rol oynayır. Bu da o deməkdir ki, Azərbaycanla Ermənistanı münaqişədən kənarlaşdırır. Çox gülməlidir, iki dövlət öz münasibətlərinin qurulmasında iştirak edə bilməz”.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-04-2022, 13:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO