43 ilin müəllimi nazirlikdən şikayətçidir: “Yeddi aylıq müqavilə bağlayıb bir aydan sonra işdən çıxardılar”

43 ildir çalışan müəllim qanunsuz olaraq işdən çıxarıldığını iddia edir.
Bu iddialarla bağlı Oxu.Az-ın redaksiyasına onun qardaşı tərəfindən müraciət ünvanlanıb. Belə ki, söhbət Ağcabədi şəhəri Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbində çalışan müəllim Sevda Malışovadan gedir.
Qardaşı iddia edir ki, bacısı qanunsuz şəkildə işdən azad edilib:
“Bacım 1956-cı il il təvəllüdlü Sevda Malışova 43 il eyni məktəbdə fəaliyyət göstərib. 11 il həmin məktəbdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 24 il isə həmin təhsil müəssisəsinin direktoru kimi çalışıb. Ötən ilin avqust ayında Ağcabədi Regional Mədəniyyət İdarəsinə Qalib Həsənov direktor təyin edilib. Sentyabr ayının 15-dən aprelin 17-nə qədər, yəni 66 yaşı tamam olana qədər S.Malışova ilə yeddi ay müddətinə müqavilə bağlanıb. Lakin oktyabr ayının 26-da Qalib Həsənov kadrlar şöbəsinin əməkdaşına tapşırıb ki, S.Malışovanı işdən azad etsinlər. Müqavilənin bir nüsxəsini ağ formada verib, digərini isə hər kəsin gözü önündə cırıb atıb. Deyib ki, mən onunla müqavilə bağlamıram. Halbuki artıq bağlamışdılar.
Dediklərimizi sübuta yetirəcək sənədlər var. Əmək kitabçasının üzərində dəyişiklik edərək pozub, yeddi ayı bir ay edib. Bütün bunlar bizim əlimizdə sənəd kimi qalıb. Aidiyyəti üzrə müraciət etsək də, bizim müraciətimizə baxan yoxdur”.
Səsləndirilən iddialarla bağlı Ağcabədi Regional Mədəniyyət İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, idarənin telefonları xidmət haqqının ödənilməməsi səbəbindən bağlı olub.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə də sorğu ünvanlanıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-04-2022, 12:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II