reklam
Regionxeberlericom.az » Sosial » Qazi anası: “İstəyirəm, heç olmasa, öz balasını tanısın” - VİDEO

reklam

Qazi anası: “İstəyirəm, heç olmasa, öz balasını tanısın” - VİDEO


































İkinci Qarabağ müharibəsində yaralanan kiçik gizir Hüseyn Mustafayev hazırda huşsuz vəziyyətdədir və heç kimi tanımır.

Bu barədə “REAL TV”yə qazinin anası Yeganə Mustafayeva bildirib.

Onun sözlərinə görə, oğlu 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrində MAXE kimi xidmət edib. Nümunəvi xidməti və yüksək fiziki hazırlığı ilə seçildiyi üçün müvafiq kursu bitirərək Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə daxil edilib.

Hüseyn döyüşlərin ikinci günündə kəllə-beyin travması alıb. Xidmət etdiyi hərbi hissənin hospitalında müalicə alaraq qısa müddətdə yenidən döyüş əməliyyatlarına qatılıb. Daha sonra Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə topuq nahiyəsindən yaralansa da, əməliyyatlarda iştirakını davam etdirib. O, minaatandan yaralanana qədər Şuşa şəhəri uğrunda gedən döyüşlərdə də iştirak edib:

“Çiyni araxa tərəfdən çoxlu qəlpə yarası alıb. Qəlpənin biri də bud nahiyəsindən arterial damarı zədələyib. Noyabrın 1-də Hüseyn gətirildi Papanindəki hospitala. Noyabrın 1-dən dekabrın 4-nə qədər hospitalın Qastro şöbəsində, aidiyyəti olmayan bir yerdə yalnız ağrıkəsicilərlə müalicə olundu. Nə əməliyyat olundu, nə də başqa yerə göndərildi. Dekabrın 4-ü onu səhv diaqnozla Tədris-Cərahiyyə Xəstəxanasına göndərdilər. 4 gün orada qaldıqdan sonra dekabrın 8-də əməliyyat edilib. Bu zaman kliniki ölüm keçirib. Ürəyini masaj etməklə onu oyadıblar.

İstəyirəm dövlətim bu işə qarışsın. O qədər xaricdə qeyrətli oğul, qızlarımız var, onlardan həkim köməyi istəyirəm. İstəyirəm, heç olmasa, Hüseyn öz balasını tanısın. Oturaq vəziyyətə düşsün, əl işarələri verə bilsin”.

Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə qazi Hüseyn Mustafayevin tibbi vəziyyəti ilə bağlı videogörüntülər yayılıb.





Paylaş:


Müəllif : Tarix:
18-02-2022, 15:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər