“Müharibədə qazandığımız qələbəni Müdafiə Nazirliyində xımır-xımır yeyiblər” - Deputatdan İTTİHAM
“Nəzarətsiz müdafiə və təhlükəsizlik orqanlarının olması ölkənin gələcəyi üçün böyük təhlükələr yarada bilər”. regionxeberlericom.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, Müdafiə Nazirliyində aparılan son yoxlama da bunu göstərdi: “44 günlük müharibədə qazandığımız qələbəni Müdafiə Nazirliyində xımır-xımır yeyiblər. Bu, hələ alt qurumda həyata keçirilən yoxlama idi. Yuxarı qurumlarda bunun həcmi yəqin yüz milyonlarladır! Digər tərəfdən, “Tərtər işi” ilə bağlı bu gün baş verənləri götürək. Tərtər hadisələrində yüzlərlə insan faciə yaşayandan sonra bu gün işə yenidən baxılması nəyi dəyişəcək?! Bu, həmin insanların həyatını yenidən bərpa edə biləcəkmi? Yox! Ona görə də biz indidən bu məsələlər barədə düşünməliyik. Müdafiə və təhlükəsizlik qurumlarında parlament nəzarəti barədə düşünməliyik. Müdafiə Nazirliyində yeyilən pullarla Mədəniyyət Nazirliyində yeyilən pulları eyniləşdirmək olmaz. Bu, hansısa şəhidin, qazinin qanı bahasına yeyilən puldur. Biz onların qarşısında sabah cavab verə bilmək üçün məsuliyyət daşıyanları məhkəmə prosesinə cəlb etməliyik”.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-02-2022, 12:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.