“Hər şeyi itirmişik, indi də məhkəmə yollarında qalmışıq” - GİLEY
2020-ci il dekabrın 26-da Quba rayonunda yerləşən ticarət obyektində baş verən yanğına görə məhkəmə prosesi davam edir.regionxeberlericom.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sahibkar Mövlud Əliyev məhkəmə prosesinin uzadılmasından narazılığını bildirib. O qeyd edib ki, artıq işə ikinci hakim baxır: “Onsuz da ləng gedən proses indi də məhkəmənin süründürməçiliyi ilə daha da uzun vaxt aparır. Əvvəlcə işə hakim Samir Məmmədov baxırdı, bütün tərəfləri və şahidləri dindirdi, hər şey də protokola qeyd edildi. Sonra hakim dəyişdi, hazırda işə Rahim Həsənov sədrlik edir.
Hakimin səlahiyyəti var ki, protokolla tanış olub işi olduğu yerdən davam etdirsin. Amma hakim istintaqı yenilədi və hər kəsi, həri bir şahidi yenidən dindirir. Qayıtdıq prosesin lap əvvəlinə, hamı gəlir, eyni şeyi danışır gedir. Bu da prosesin lüzumsuz yerə uzadılmasına səbəb olur. Bizim mağazamız yanıb, hər şey məhv olub. Obyektimizi yandıran Kamran Babayev (Quba rayon Elektrik Şəbəkəsinin baş mühəndisi) təqsirləndirilsə də, cəzalandırılmır. Məhkəmə onu hazırlıq iclasında da həbs etməyib. İndi də hökm çıxarılmır. Kamran Babayev bəy kimi azadlıqda gəzir, bu da bizə emosional gərginlik gətirir”.
M.Əliyev qeyd edib ki, 2021-ci ilin oktyabr ayında başlayan məhkəmə prosesi hələ də davam edir: “Təqsirləndirilən Kamran Babayev istintaqda özünü təqsirli bildiyini desə də, hakim Rahim Həsənov qəsdən işi uzatmaqla ona hansısa üstünlük vermək istəyir. Onun səhlənkarlığı, işini qanuna uyğun formada görməməsi nəticəsində bizim bütün mağazamız, məhsullarımız yanıb, həyatımız məhv olub. Amma məhkəmə işi yekunlaşdırmır ki, məsələ bitsin. Hər şeyi itirməyimiz bir yana, indi də aylardır məhkəmə yollarında qalmışıq”.
Sahibkar bildirib ki, növbəti məhkəmə prosesi fevralın 15-də keçiriləcək.
Qeyd edək ki, Quba rayon Elektrik Şəbəkəsinin baş mühəndisi Kamran Babayev hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirləndirilir. O, vaxtında qulluq göstərmədiyi üçün elektrik naqilinin qırılaraq obyektin üzərinə düşməsi nəticəsində yanmasına səbəb olmaqda ittiham edilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-02-2022, 18:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.