Yola salınacaq məmurların SİYAHISI HAZIRLANIR - İDDİA

Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, 3 rayonun - Astara, Yardımlı və Qusar rayonlarının rəhbərlərinin dəyişdirilməsi gözlənilir. Bununla bağlı DİA.AZ-a hökumətdəki mənbədən yeni informasiyalar daxil olub.
Xəbəri verən qaynaq iddia edir ki, sözügedən raayonların rəhbərlərinin adları dəyişdiriləcək RİH başçıları sırasında ilk yerdədir, amma siyahı onlarla məhdudlaşmır.
Mənbənin dia.az-a söylədikləri: "Təkcə icra başçıları yox, 40-a yaxın mühüm post tutan vəzifə sahiblərinə gələn il "əlvida" deyiləcək. Onların sırasında bir nazir də var. Proses tədrici xarakter daşıyacaq və ola bilsin ki, bəzilərilə bağlı sərt cəzalar verilsin.
Doğrudur, son zamanlar büdcədən pul oğurlayanlara qarşı hüququn sərt üzü nümayiş olunmur, yəni bəzi hallarda onlar dəyən zərəri ödəmələri səbəbindən hətta azadlığa da buraxılırlar. Amma onların sırasında elələri var ki, barələrində həbs qərarı mütləq şəkildə veriləcək".
Mənbə iddia edir ki, gələn il də məmur həbslərinə rast gələcəyik.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-12-2021, 12:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA