“Pensiya yaşının azaldılması büdcəyə uyğun deyil” - Tahir Rzayev belə deyir...
“Bütün deputat dostlarımın, həmkarlarımın fikirlərinə hörmətlə yanaşıram, lakin hesab edirəm ki, indiki halda pensiya yaşının azaldılması reallığı əks etdirmir. Reallıqlar nəzərə alınaraq qanun qəbul edilib, pensiya yaşı müəyyən edilibsə, fikrimcə, indi dəyişiklik etməyə ehtiyac yoxdur. Hazırkı reallıqda pensiya yaşının azaldılması büdcə üçün uyğun deyil”.Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
O bildirib ki, bəzi ölkələrdə pensiya yaşı 67-68, hətta 70-dir: “Nəzərə almaq lazımdır ki, vergi yükü, digər iqtisadi, hərbi və ölkənin bərpası məsələləri var. Yəni, bu işlərin həlli üçün külli miqdarda vəsait lazımdır. Bütün bunlar dövlət tərəfindən ölçülüb-biçilir, daha sonra isə qərar qəbul edilir. Bəzi təkliflərin reallaşdırılması, problemlərin həlli indiki şəraitdə mümkün deyil. Azərbaycan ötən il ən böyük problemini həll edərək torpaqlarımızı işğaldan azad edib. Hesab edirəm ki, əsas diqqəti məhz bu sahəyə yönəltmək lazımdır. Həmin ərazilərin bərpası, Qarabağa qayıdış prosesi kimi məsələlərin həlli daha vacibdir. Lazım gələrsə, öz əmək haqqılarımızdan kəsib prosesə yönəltməliyik ki, vətəndaşlar dədə-baba yurdlarına qayıda bilsinlər, şərait qurub, gəlir əldə etsinlər. Reallığa əsasən, hazırda pensiya yaşının azaldılması büdcəyə uyğun deyil. Bu, yalnız bir neçə il sonra reallaşdırıla bilər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-11-2021, 12:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO