Həll olunmayan tullantı problemi - VİDEO

Məişət tullantılarının idarə edilməsi və bu tullantıların zərərsizləşdirilməsi bu gün xüsusi önəm daşıyan məsələlərdən biridir.
Artıq elektron tullantılar belə gündəmə gəlib ki, bu da problemi daha da aktual edir.
Gəncədə hər kəsin “zibil poliqonu” kimi tanıdığı ərazidə problemlərin aradan qaldırılması yolunda hələ illər öncə ciddi addımların atılması üçün bir sıra təkliflər hazırlansa da, məsələ öz həllini tapmadı.Məişət tullantılarının idarə edilməsi layihəsi çərçivəsində Almaniya İnkişaf Bankının dəstəyi ilə Gəncədə bərk məişət tullantıları emalı müəssisəsi tikilməli olsa da, bu baş tutmadı. Ekoloqlar isə belə bir müəssisənin yaradılmasının vacib olduğunu bildirir.
Rəsmi statistikaya görə, Gəncədən gün ərzində 250 tondan çox məşiət tullantısı daşınır. Təəssüf ki, bu məişət tullantıları ancaq basdırılaraq zərərsizləşdirilir.
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti Aparatından isə şifahi şəkildə bildirilib ki, müəssisənin tikintisi məsələsi hələlik real görünmür. Bu məsələyə gələcəkdə yenidən baxılacağı istisna edilmir.
Daha ətraflı Baku TV-nin süjetində:
Paylaş:
Müəllif : Fuad
Tarix:20-11-2021, 19:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA