Mingəçevirin bələdiyyə sədri "ASAN" xidmət mərkəzindən qovuldu - Növbədənkənar hərəkət edirmiş

Mingəçevirdən daha bir maraqlı xəbər var. "Demokratik.Az"-a daxil olan məlumata görə, şəhər bələdiyyəsinin sədri Ramiz Əliyev bugünlərdə ASAN xidmət mərkəzinin binasından qovulub. Buna səbəb, onun ASAN xidmət mərkəzinə notarius xidməti üçün gələrək növbədənkənar qaydada hərəkətlərə cəhd etməsi olub. Bələdiyyə sədri elektron növbə götürmədən notariusun otağına daxil osa da, bir yığın sənədlərinin təcili təsdiqini istəsə də növbədənkənar istəyi rədd edilib.
Məlumata görə, "ASAN"-da çalışan yeni kadrlardan olan gənc notarius Ramiz Əliyevə başa salıb ki, növbəsiz otağa daxil olmaq olmaz və mütləq elektron növbə götürməlidir. Ramiz Əliyev isə səsini ucaldaraq özünü təqdim edib, hay-küy salıb. Nəticədə göstərilən bütün xidmətlərdə növbəliliyi qoruyub saxlayan gənc notarius mühafizəçiləri çağıraraq bələdiyyə sədrinin dərhal otaqdan çıxarılmasını və ona elektron növbənin alınmasınə təmin edib.
Hadisə şahidlərindən birinin bildirdiyinə görə, Ramiz Əliyev əsəbləşərək Mingəçevirin icra başçısının ASAN xidmətdə işləyən oğlunu da köməyə çağırıb. Lakin, bu istəyi də bələdiyyə sədrinin işinə yaramayıb və onu binadan qovmaq məcburiyyətində qalıblar.
Bildirək ki, bələdiyyə sədri Ramiz Əliyev Mingəçevirin icra başçısı İlham İsmayılovun ən yaxın adamlarından biridir. Tərəflərin kirvəlik münasibətlərinin olduğu da iddia edilir.
Faktla əlaqədar Mingəçevir bələdiyyəsinin sədri ilə əlaqə qurmağa və münasibət öyrənməyə çalışsaq da, alınmadı...
Paylaş:
Müəllif : Yazar
Tarix:17-11-2021, 16:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO