Ramiz Mehdiyevin yaxınının evindən 200 min dollar oğurlandı: - 4 ay fərqində olmayıb

Bakıda evdən külli miqdarda oğurluq edilib.
Məlumata görə, hadisə Nəsimi rayonu Dilarə Əliyeva küçəsindəki binalardan birində qeydə alınıb.
Orada yaşayan Mehdiyev Asəf Mehdiyeviçin evindən 200 000 ABŞ dolları oğurlanıb. Oğurluq hadisəsi bu ilin iyulun 1-dən noyabrın 7-nə qədər, yəni, 4 ay müddətində baş verib.
O, oğurluğu evində qulluqçu işləmiş qadının törətməsindən şübhələnir. A.Mehdiyev faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Oxu.Az məsələ ilə əlaqədar Asəf Mehdiyevdən açıqlama almaq üçün onun rəhbəri olduğu “Şərq-Qərb” ASC-yə də müraciət edib. Lakin A.Mehdiyevdən açıqlama almaq mümkün olmayıb.
Qeyd edək ki, Asəf Mehdiyevin AMEA prezidenti Ramiz Mehdiyevin yaxın adamı olduğu bildirilir. Belə ki, R.Mehdiyevin əksər kitabları “Şərq-Qərb” nəşriyyatında çap olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-11-2021, 16:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA