Gorus-Qafan yolu 5 il müddətinə Azərbaycana verilib? - Ermənilər belə İDDİA EDİR...
"Bir neçə ay əvvəl mətbuatda yayılan sənədə görə, 2020-ci il dekabrın 18-də Ermənistanın o vaxtkı müdafiə naziri Vaqarşak Arutyunyan Moskvada Gorus-Qafan yolunun 5 il müddətinə Azərbaycana verilməsi haqqında memorandum imzalayıb. Lakin bu, 9 noyabr tarixli üçtərəfli bəyanatda nəzərdə tutulmayıb".
Bu barədə “İravunk” qəzeti yazıb.
Erməni nəşri mövzunu inkişaf etdirərək qeyd edib.
“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bu gündən etibarən Azərbaycanın Gorus-Qafan magistralında gömrük və sərhəd-keçid məntəqələri quracağı ilə bağlı dünənki bəyanatı şok yaradıb. Əslində, bu, yeni xəbər deyil.
Həmin sənədə əsasən, demarkasiya zamanı erməni əsgərlər bu mövqeləri tərk etməlidirlər. Amma Arutyunyan Azərbaycan tərəfi ilə eyni ərazilərin Azərbaycan əraziləri olaraq tanınması ilə bağlı memorandum imzaladığı üçün proses sərhədlərin demarkasiyasına qədər başlayıb.
Bu memorandumun nə üçün imzalandığı hələlik məlum deyil, lakin hakimiyyət Arutyunyanın necə mükafatlandırılacağına artıq qərar verib. Uzun müddətdir ki, sonuncunun Ermənistanın Rusiyaya səfir təyin ediləcəyi ilə bağlı şayiələr dolaşır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-11-2021, 13:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA