Xəstəxanalara 500 manatlıq QADAĞA... - "Bu durumda mübahisələr yaranacaq"
Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq ödənişlər yalnız nağdsız qaydada həyata keçirilə biləcək. Bu, "Nağdsız hesablaşmalar haqqında" qanun təklif edilən dəyişiklikdə əksini tapıb. Layihə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında bildirib ki, əhalinin nağdsız ödənişlərə cəlb olunması üçün "ƏDV geri al kampaniyası" qanunu formada icra edilir. Bundan da ödənişlərin ƏDV haqqının 15 faizi nağd qaydada əhaliyə geri qaytarılması artıq nağd ödənişlərin azalmasına da təkan verib:
"500 manat həddin qoyulması hazırkı vəziyyətdə məcburi xarakter daşıyır. Təsəvvür edin, bəzi vətəndaşlar hələ də kartlarından vəsait çıxara bilmir və bunu başqasına etibar edir. Hesab edirəm ki, bu durumda mübahisələr yaranacaq. Hesab edirəm ki, mövcud prosesə keçid almaq üçün bu prosesə hissə-hissə keçilməlidir və ya alternativ üsullardan istifadə olunmalıdır. Təəssüf olsun ki, bizdə qanunu formalaşdıran sorğu institutları yoxdur. Qanuni proses məsləhətləşmə aparılmadan reallaşır. Misal üçün, gecəni yatırsan, səhər durduqda kommunal qiymətlərin qalxdığını və ya hər hansı əhali ilə bağlı olan qanunun tez qəbul olunduğunu görürsən".
Paylaş:
Müəllif : Yazar
Tarix:5-11-2021, 10:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA