“Space” TV-nin rəhbəri yenilikləri ANONS ETDİ

Azərbaycan televiziyalarında yeni mövsümlə bağlı bir çox dəyişikliklər olub. Xüsusilə “Space” TV-də canlanma hiss olunur. Bir sıra tanınmış aparıcılar və layihələr “Space”ə transfer olunub. Xeyli vaxt idi durğunluq dövrü keçirən bu kanal indi rəqiblərini ötüb keçməyə çalışır.
“Space”in redaktoru Könül Aypara Modern.az-a bildirib ki, Müşfiq Hətəmov rəhbər telekanala təyin olunduqdan sonra canlanma yaranıb:
““Space” TV keçmiş heyətin yarıtmazlığı sayəsində tamaşaçı kütləsini zaman-zaman itirə-itirə gəlirdi. Nəticədə elə oldu ki, rəhbərlik dəyişdirildi. Artıq hər şey yaxşılığa doğru istiqamətlənib.
“Space” TV-nin yeni rəhbəri Müşfiq Hətəmov işini bilən kadrdı. O, professionalığı sayəsində uçurumda olan telekanalı necə qurtaracağını bilirdi. Və “Space”ə təyinat alandan sonra telekanala yeni nəfəs gətirdi”.
Onun sözlərinə görə, “Space” TV yeni mövsümə tanınmış simalar, yeni verilişlərlə gəlib:
“Yeni mövsüm yeniliklərlə dopdolu olacaq. Əlbəttə, hər şeyə sıfırdan başlamaq çətindir. Amma Müşfiq müəllimin sayəsində, həmçinin, komanda olaraq onun ətrafında birləşməklə biz bu çətinliyi aradan qaldırırıq və hər zaman da bir-birimizə dəstək olacağıq. O ki qaldı yeniliklərə, yəqin ki anonslarımızı izləyirsiz... Tanınmış simalar, yeni verilişlər, professionallarla işbirliyi… Gücümüz birlikdədir!”.
“Space” TV-nin rəhbəri Müşfiq Hətəmov yeniliklərlə bağlı Modern.az-a anons verib:
““Space” TV yeni mövsümə bir çox yeniliklərlə gəlir. Yeni layihələr üzərində çalışırıq. Yaxın günlərdə ictimaiyyətə geniş açıqlama veriləcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-10-2021, 14:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-10-2021, 14:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:53
Bu gün, 08:31
13-09-2025, 20:49
13-09-2025, 13:52
13-09-2025, 12:02
13-09-2025, 11:55

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA