İranlı general Azərbaycana qarşı HÖRMƏTSİZLİK göstərdi - Daha bir HƏDDSİZLİK!

İsrailin Cənubi Qafqaz ölkələrindən Gürcüstan və Azərbaycanla əməkdaşlığı dərinləşdirilməsi “2500 il dövlətçilik ənənəsi” ilə öyünən İranın tərbiyəsiz uşaq davranışlarını ortaya qoymağa məcbur edib.
Bir tərfdən də Azərbaycanın son bir ildə əldə etdiyi uğurlar, güclü dövlət və lider ölkə imici qonşumuz olan dövləti yaman təbdən çıxarıb.
Ardarda gah mollaların, gah da siyasiləşmiş generalların dili ilə Azərbaycanın ünvanına böhtanlar atmaqla qara qışqırıq salıblar.
Ötən gün təmkinini saxlaya bilməyən İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandir müavini Əli Sərdar Fədavi Azərbaycan Prezidentinin İran ordusunun təlimləri ilə bağlı açıqlamasına özünə görə guya çox “yumşaq” formada reaksiya verib.
Bizim.Media xəbər verir ki, İranın “Rokna” nəşrinə verdiyi müsahibədə kontr-admiral Fədavi Azərbaycanın reaksiyasını bir uşağın davranışı ilə müqayisə edib.
"Kiçik bir uşaq səni təhqir edib söyəndə, sadəcə uşağın başına sığal çəkirsən" deyə Fədavi qeyd edib.
Müxbirin təkrar sualla diqqəti son açıqlamaların üstünə gətirmək cəhdinə isə Fədavi “siz jurnalistlər bu cür məsələyə ilişib qalmayın, bu cür bəyanatlara fikir vermək lazım deyil. Bizim üçün bu məsələlər müqayisəyə gəlməyən şeylərdir”, deyə fikir bildirib.
Son günlər İran mətbuatında dövlət rəsmilərinin və mollabaşılarının belə sərsəm açıqlamaları isə Azərbaycan üçün də əhəmiyyət kəsb etməyən, dövlətçilik prinsiplərimizlə “müqayisəyə gəlməyən şeylərdir”.
Əvvəla İran unudub ki, Azərbaycan artıq onun tanımaq istəmədiyi “uşaq” deyil. Müstəqilliyinin 30 illiyini qeyd etməyə çalışan yetkin bir gənc və arxasında min illərin dövlətçilik ənənəsi olan bir ölkədir.
Amma İran unutmamalıdır ki, dövlətimizin yürütdüyü müstəqil və cəsarətli regional və beynəlxalq siyasət hətta onun özünü bugünə qədər bir çox Qərb hücumlarını neytrallaşdırıb, Rusiya və Türkiyə ilə regional əməkdaşlığın dərinləşməsinə səbəb olub.
İran bir az dünyaya açılmalıdır, ətrafında başverənlərə ayıq gözlə və dözümlü şəkildə baxmağı bacarmalıdır. Yoxsa ki, arxasında min illik tarixi olan, sonuncu müstəqilliyini 1991-ci ildə əzm və fədakarlıqla əldə etmiş “uşağın” da böyüyüb 30 yaşına çatdığından bixəbər olacaq.
VİDEO BURADA:
https://player.bizim.media?v=2661&share_user_id=
Paylaş:
Müəllif : Yazar
Tarix:29-09-2021, 13:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-09-2021, 13:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:53
Bu gün, 08:31
13-09-2025, 20:49
13-09-2025, 13:52
13-09-2025, 12:02
13-09-2025, 11:55
13-09-2025, 11:53

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO