Abşeronda MTK vətəndaşın obyektini sökdü - VİDEO

Abşeron rayonunda MTK rəhbəriyi vətəndaşa sökdüyü obyektin əvəzini verəcəyini desə də, vədinə əməl etməyib. Zərərçəkmişin bütün qanuni sənədləri olmasına baxmayaraq, obyektinin pulunu hələ də ala bilməyib.
Zərərçəkmiş Rafael Yusifov iddia edir ki, tikinti şirkəti məsuliyyətdən yayınmaq üçün iki dəfə adını dəyişib.
Vətəndaşın obyekti sökülərək, yerində hündürmərtəbəli bina tikilib. Hadisə Abşeronun Xırdalan şəhərində baş verib.
Zərərçəkmiş Rafael Yusifov iddia edir ki, Xırdalan şəhərinin mərkəzi küçələrinin birində ona məxsus qanuni sənədli obyekt olub. Həmin ərazidə yeni tikiləcək binanın birinci mərtəbəsindən vətəndaşa söküləcək obyektinin əvəzində yer təqdim ediləcəyi vədi verilib. Hətta onunla MTK rəhbərliyi arasında müqavilə də bağlanılıb.
Həmin vaxtdan düz yeddi il keçsə də, zərərçəkmişə obyekt verilməyib.
Məsələ ilə bağlı "Fam 88" MMC-nin təsisçisi Fəxrəddin Hüseynovla telefon əlaqəsi yaradılıb. O, "Xəzər Xəbər"ə bildirib ki, onlar zərərçəkmişlə öz aralarında müqavilə bağlayıblar. Rafael Yusifova məxsus obyektin yeri keçid hissəyə düşdüyünə görə vətəndaşların şikayəti əsasında orada söküntü işləri aparılıb. Ancaq buna baxmayaraq, zərərçəkmişə yaxın günlərdə başqa bir yerdən obyekt təqdim ediləcək.
Qeyd edək ki, zərərçəkmiş Rafael Yusifov məsələ ilə bağlı məhkəməyə müraciət edib. İşə baxılıb və zərərçəkmişin şikayətinin təmin olunmasına dair qətnamə də çıxarılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-09-2021, 09:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:11-09-2021, 09:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:53
Dünən, 08:31
13-09-2025, 20:49
13-09-2025, 13:52
13-09-2025, 12:02
13-09-2025, 11:55

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA