Məktəb direktoru valideynlərdən COVID-19 pasportu tələb edir – VİDEO

Tovuzda valideynlərdən vaksinaya olunmaları tələb edilib. Əks halda, övladlarının məktəbə buraxılmayacağı deyilib.
RegionXəbərləri.com "Xəzər Xəbər"ə istinadən verdiyi xəbərə görə, Tovuzun Alakol kənd sakini Vasif Məmmədovun iki övladı Nurəddin Sadıqov adına Alakol kənd tam orta məktəbdə təhsil alır.
Ötən gün ona və digər valideynlərə övladlarının sinif müəllimi bildiriş göndərib ki, COVID-19 pasportu olmasa, övladı yeni tədris ilində məktəbə buraxılmayacaq.
Sözügedən məktəbin direktoru Elmira Cəfərova valideynlərdən COVID-19 pasportunu tələb etdiyini etiraf edib. Amma bunu məcburi qayda kimi yox, şagirdlərin sağlamlığı üçün tövsiyə xarakterli olduğunu deyib.
Məktəb direktorunun bu tələbi barədə kimdən göstəriş almasını öyrənmək üçün Tovuz rayon Təhsil Şöbəsinə üz tutduq. Qurumdan bildirildi ki, valideynlərdən COVID-19 pasportunun məcburi qaydada tələb edilməsi doğru deyil.
Təhsil Nazirliyindən də "Xəzər Xəbər"ə bildirildi ki, valideynlərdən vaksin pasportunun tələb olunması ilə bağlı nazirlikdən heç bir göstəriş verilməyib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda tanış ola bilərsiniz:
Paylaş:
Müəllif : Fuad
Tarix:3-09-2021, 21:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-09-2021, 21:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:53
Dünən, 08:31
13-09-2025, 20:49
13-09-2025, 13:52
13-09-2025, 12:02
13-09-2025, 11:55

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA