İdman nazirliyi ilə Müdafiə nazirliyi arasında olan gərginlik idmançıların başında çartladı - QALMAQAL

Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubununda (MOİK) xidmət edən yığma komandaların idmançıları təlim-məşq toplanışlarına və yarışlara buraxılmır. “Hürriyyət”ə daxil olan məlumata görə, müxtəlif kateqoriyalarda yarışan idmançılar dəfələrlə federasiyalarına müraciət etsələr də onlara heç bir cavab verilməyib.
Müdafiə nazirliyi ilə Gənclər və İdman nazirliyi arasında baş verən gərginlik səbəbindən milli yığmanın idmançıları nə yarışlarda iştirak edə bilir, nə də təlim-məşq toplanışlarına qatıla bilirlər.
Məsələylə bağlı Azərbaycan Güləş Federasiyası ilə əlaqə saxladıq. Federasiyanın mətbuat katibi Sərxan Musayev “Hürriyyət”ə bildirib ki, MOİK-də xidmət edən idmançılar yarışlarda və təlim-məşq toplanışlarında iştirak edə bilirlər:
“Əvvəlcə qeyd edim ki, Mərkəzi Ordu İdman Klubunun (MOİK) özündə idman zalı var. Orda məşq keçmək üçün hər cür şərait yaradılıb. İdmançılar orda məşq keçə bilirlər. Hansı idmançılar milli yığma komandaya lazımdırsa və yarışlara getməldirsə hər idman federasiyası Gənclər və İdman nazirliyinə məktub ünvanlayır. Nazirlik də həmin məktub əsasında Müdafiə nazirliyinə məktub göndərir.
Məktubda göstərilir ki, siyahıda olan idmançılara təlim-məşq toplanışlarında və yarışda iştirak etmələrinə icazə verilsin. Bizdən də kimlər ki, yarışlara gedirsə onlar üçün icazə alınır. Həmin idmançıların yarışlarda və təlim-məşq toplanışlarında iştirak ediblər. Onlar üçün heç bir problem yaradılmayıb”.
Digər idman federasiyaları ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verilmədi.
Daha sonra Gənclər və İdman nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyev “Hürriyyət“ə deyib ki, sözügedən məsələylə bağlı federasiyaların müraciəti əsasında Müdafiə nazirliyinə müraciət edilib:
“Federasiyalar həmin idmançılarla bağlı nazirliyə müraciət ediblər. Biz də həmin federasiyaların müraciəti əsasında Müdafiə nazirliyinə müraciət etmişik. Məktubda qeyd etmişik ki, onların milli yığmanın üzvləridir və onlara yarışlarda iştirak etmək üçün icazə verilsin. Onlar idmançı olmaqla yanaşı, Azərbaycan ordusunun əsgəri sayılırlar. Hazırda onlara icazə verilməsi səlahiyyəti Müdafiə Nazirliyinə aiddir. Hələ ki, onlara icazə verilmir. Ola bilsin ki, and içmə mərasimiylə bağlı olan məsələdir. Yaxud da yeni çağırışlarla da bağlı məsələ ola bilər”.
Gənclər və İdman nazirliyi federasiyaların məktubunu Müdafiə nazirliyinə göndərməklə işini bitmiş hesab edirlər. Əgər, sözügedən qurum milli yığmada iştirak edən idmançıların təlim-məşq toplanışlarında və yarışlarda iştirak etməsini təmin edə bilmirsə, bu qurumun olmaması daha məqsədəuyğundur.
Məsələylə bağlı Müdafiə Nazirliyi ilə əlaqə yaratmağa çalışdıq. Təəssüf ki, zənglərimizə cavab verilmədi.
QEYD: Mövzunu diqqətdə saxlayacağıq.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-06-2021, 16:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-06-2021, 16:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15
15-07-2025, 08:54

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO