““Tik-Tok” mediasına qarşı ciddi tədbirlər görülməlidir” - AÇIQLAMA

Bu gün parlementin iclasında millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc yerli media ilə bağlı çıxış edib. Parlament üzvü bildirib ki, qlobal “Youtube” və sosial şəbəkələr virtual Azərbaycanın gerçək aləm olduğunu şüurlara sırıyır.
Onun sözlərinə görə, sürətlə saxta xəbərlərin əsirinə çevrilirik:
“Trol orduları informasiya məkanımızı zəbt edib. Xalqımızı onlar məlumatlandırır. Bu çox təhlükəlidir. Tik-toklaşan media, “Tik-Tok” mədəniyyəti və min bir xırdavat ictimai şüuru yaradır. İnformasiya üzərində hakimiyyəti əldən verəndə onun ağır nəticələri qaçılmazdır. Düşüncə terrorçularının hücumu millətə pandemiyadan da təhlükəli viruslar, qara təbliğat ötürür, vaxtilə Sovet-Amerika ideoloji müharibəsinin amansız formaları sanki təkrar olunur”.
Deputatın fikirləri barədə “Sherg.az”a “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Arif Əliyevin fikrincə, əsas problem “Tik-Tok” mediasının qarşısının alınmamasıdır:
“Ona görə də meydan onlarındır. Meydan Tik-toklaşan mediaya verilir, onlar da nə istəyirlərsə, onu da edirlər. Amma ciddi və təsirli kütləvi informasiya vasitələri inkişaf edə bilmir. Bu mənada onlara qarşı mübarizə üçün hansısa şərait yoxdur”.
A.Əliyev vurğulayıb ki, ölkəmizdə xaricdən yayımlanan kanalların baxışı yerli kanallardan qat-qat yüksəkdir:
“Səbəb daxili kanalların sırf məhdudiyyətlər çərçivəsində fəaliyyət göstərməsidir. Nəticədə “Tik-Tok mediası” auditoriyanı toplayıb, nə istəyirsə yayımlayır.
Reallıq budur. Ciddi tədbirlər görülməli, daxili medianı inkişaf etdirmək lazımdır. Böyük ümidlərlə gözləyirik ki, nələrsə dəyişəcək”.
Media eksperti Zeynal Məmmədli hesab edir ki, bütövlükdə cəmiyyətin “Tik-Tok”a marağı varsa, deməli həmin toplumda azadlıqlar, iqtisadi həyat, insanların özünü təsdiqləməsinə dair problemlər mövcuddur:
“Medianın bir neçə növü var. Cəmiyyətin maraqlarını nəzərə alan mediadan söhbət gedirsə, burada peşəkarlıq önəmlidir. İnsanlar bunun fərqində olmasalar belə, peşəkar media həyatda onların əlindən tutur, faydalı olur, bilgiləndirir. Medianın xəbər siyasətində 4 istiqamət var. Bu istiqamətlərdən biri cəmiyyətin və dövlətin istəyidir. Cəmiyyətin xeyli xissəsi, xüsusilə siyasi və ciddi proseslərlə maraqlanmayanlar “Tik-Tok mediasına” üstünlük verir. Ona görə “Tik-Tok” müəyyən tələbləri ödəyir. Məsələn, “pişik siçan balaları dünyaya gətirdi” kimi qeyri-adi xəbəri 2 cür işləmək olar: 1. “Tik-Tok” kimi, yəni əyləncə olaraq. 2. Bu durumun nəyin nəticəsi olduğu araşdırıla bilər. Məsələn, ekologiyamızda hansı proseslər gedir ki, anomaliya yaşanır? Mövzuya ciddi yanaşırıqsa, mediadır. Əyləncə olaraq yanaşma olduqda isə əhalinin sosial hissəsinin xəbər ehtiyacı ödənir”.
Z.Məmmədli qeyd edib ki, insanların “Tik-Tok”a meyli, aşırı siyasi bilgilərin ön plana çıxmasından və.s müxtəlif səbəblərdən ola bilər:
“Deputatın söylədikləri həqiqətdir. Amma millət vəkili bu həqiqəti deyirsə, “Xəbərləmələrimizdə hansı ciddi, köklü və radikal nöqsanlar var ki, insanlar “Tik-Tok”a meyillənir?” sualının da cavabını söyləməlidir. Çünki “Tik-Tok” nəticədir, səbəb yox. İnsanlar hansı səbəblərdən bu platformaya meyillənir?. Bu sualın üzərində dayanmaq lazımdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-05-2021, 15:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-05-2021, 15:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II