reklam
Regionxeberlericom.az » Sosial » Müharibə siqnalı, yoxsa... - Vaşinqtonun Azərbaycanla bağlı "terror" xəbərdarlığı nəyə işarə edir?

reklam

Müharibə siqnalı, yoxsa... - Vaşinqtonun Azərbaycanla bağlı "terror" xəbərdarlığı nəyə işarə edir?



Xəbər verdiyimiz kimi, ABŞ Dövlət Departamenti öz vətəndaşlarına Azərbaycan və Ermənistana səyahət etməməyi tövsiyə edib. Bu xəbərdarlığa səbəb kimi koronavirus, sərhəddəki gərginlik və terror təhlükəsi göstərilib.

Məsələ ilə bağlı Sfera.az-a danışan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, bu xəbərdarlıqdakı koronavirus bəndi bəhanəyə oxşayır:

"Çünki, Azərbaycanda koronavirusun miqyası xeyli azalıb. ABŞ vətəndaşları virusun yayıldığı daha təhlükəli ölkələrə səfərlər edir və Dövlət Departamenti onlara xəbərdarlıq çağırışı etmir”.

Politoloq sözlərinə görə, Dövlət Departamenti terror bəndi üzərində xüsusi dayanıb:

"Bildirilib ki, Azərbaycan uzun müddətdir, terror riski ilə üzləşir. Bundan başqa ABŞ vətəndaşlarına Azərbaycan-İran sərhədinə, o cümlədən Qarabağ regionuna və ətraf ərazilərə səyahət etməmək tövsiyyə edilib. Dövlət Departamenti ötən ilin sentyabrında da oxşar bəyanat yaymışdı. Bəyanatın yayılmasından iki gün sonra müharibə başladı. Demək, müharibənin başlayacağı haqqında kəşfiyyat məlumatı olan Dövlət Departamenti əvvəlcədən vətəndaşlarını Azərbaycanda və Ermənistanda ehtiyatlı olmağa dəvət edib. ABŞ-ın Azərbaycandakı səfirliyinin müharibə günlərində vətəndaşlarına ikinci xəbərdarlığı da olub. Səfirlik vətəndaşlarına Bakının mərkəzindəki otellərin birindən uzaq dayanmağı təvsiyyə etmişdi. Böyük ehtimalla Vaşinqtonun erməni terrorçularının planı barədə kəşfiyyat məlumatı olub”.

Politoloq qeyd etdi ki, Dövlət Departamentinin son xəbərdarlığı da kəşfiyyat məlumatlarına söykənir.

E. Şahinoğlunun fikrincə, Dövlət Departamenti kəşfiyyat məlumatlarına, həm də Azərbaycan-Ermənistan sərhəddindəki gərginliyə əsaslanaraq iki dövlət arasında növbəti toqquşmanın qaçılmaz olduğu qənaətinə gəlib:

"Bunu heç biz də istisna etmirik. Əgər sərhəddə gərginlik azalmasa və erməni hərbçilər sərhəddi müəyyələşdirən hərbçilərimizə qarşı təxribat törədərlərsə, aydındır ki, bunu cavabsız qoymayacağıq. Dövlət Departamentinin "terror təhlükəsi” bəndini də qulaqardına vurmaq olmaz. Vaşinqton Bakını tərəfdaş sayırsa, əlində olan "terror təhlükəsi” barədə məlumatları Azərbaycanın müvafiq qurumları ilə bölüşməlidir”.


Paylaş:


Müəllif : Tarix:
20-05-2021, 12:00
Sikayət   


loading...
Загрузка...