Alimpaşa Məmmədov hələ də Şəmkirin “icra başçısıdır” - FOTOFAKT

Bu günlərdə Şəmkir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşların hüquqlarına zərər vurulması ilə bağlı qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Başlanılmış cinayət işi üzrə araşdırmalar zamanı Məmmədov Alimpaşa Adil oğlunun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bir sıra qanunsuz əməllərə yol verdiyi müəyyən edilib.
Alimpaşa Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
Alimpaşa Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dövlət başçısının sərəncamı ilə Alimpaşa Məmmədov tutuduğu vəzifədən azad edilib.
Ancaq Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi internet saytında Alimpaşa Məmmədov hələ də icra başçısı kimi təqdim olunur.
Bunu araşdırarkən daha bir fakt qarşımıza çıxdı. Xeyli vaxtdır rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışan Qüdrət Əliyev rəsmi saytda hələ də icra başçısının birinci müavini kimi təqdim olur.
Bütün bunlar Alimpaşa Məmmədovun necə fəaliyyət göstərdiyindən xəbər verir. Başı korrupsiyaya, rüşvətxorluğa, dövlət əmlakını mənimsəməyə qarışan keçmiş başçı rayonu tamamilə unudubmuş. Görünən odur ki, indi icra hakimiyyətindəkilər də Alimpaşa Məmmədovun səhlənkarlıq və məsuliyyətsizlik yolunu davam etdirirlər. //moderator.az//

Paylaş:
Müəllif : Yazar
Tarix:1-05-2021, 12:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-05-2021, 12:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:53
Bu gün, 08:31
13-09-2025, 20:49
13-09-2025, 13:52
13-09-2025, 12:02
13-09-2025, 11:55
13-09-2025, 11:53
12-09-2025, 15:04

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.