reklam
Regionxeberlericom.az » Sosial » Cəmil Həsənlinin qızı ilə bağlı məsələ böyüyür - açıq qalan suallar, “beşinci kolon” izi...

reklam

Cəmil Həsənlinin qızı ilə bağlı məsələ böyüyür - açıq qalan suallar, “beşinci kolon” izi...


Milli Şura sədri Cəmil Həsənlinin qızı Günel Həsənliyə aid olduğu iddia edilən intim videonun yayılması ölkə gündəmini zəbt edib. C.Həsənli və qızının video ilə bağlı açıqlamaları mövzunu daha da ciddiləşdirib.

G.Həsənli intim kadrlarda yer alan şəxsin özü olmadığını və belə bir şey yaşadığını xatırlamadığını bildirib. O zaman videogörüntülərin necə yayılmasını müəyyən etməyin mümkün olub-olmayacağı sualı meydana çıxır. Hüquqşünaslar hesab edirlər ki, G.Həsənli videodakı şəxsin özü olmadığını sübut etmək üçün polisə müraciət etməlidir.

Belə bir müraciətin olub-olmadığını dəqiqləşdirmək üçün aidiyyəti orqana müraciət etdik.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Yeni Müsavat”a bildirdilər ki, məlum video ilə əlaqədar araşdırma üçün nə G.Həsənli, nə də onun yaxınları tərəfindən nazirliyə müraciət daxil olmayıb.

Əvvəlcə qızına aid olduğu iddia edilən intim görüntülərin yayılması ilə bağlı hüquqi müstəvidə işlərin görüldüyünü və qızının öz şəxsi həyatını necə yaşamaq istəməsinin onun şəxsi işi olduğunu deyən C.Həsənli son açıqlamalarında qızına psixotrop maddə verilməsinə də işə vurub. Bu da bəzi şübhələrə yol açıb. Əgər G.Həsənliyə belə bir maddə verilibsə, mütləq onun qanından analiz verməsinə ehtiyac yaranır.

Gedən müzakirələrdə yayılan video ilə şəxsi həyata müdaxilə hallarının olduğu və qanunla burada cinayət tərkibinin olması barədə fikirlərə də rast gəlirik.

Tanınmış vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a açıqlamasında bu məsələnin ciddi araşdırmaya ehtiyacının olduğunu söylədi: “Həmin video ictimai maraq doğurdu və ittihamlar, qınaqlar yaratdı. Özü də bu daha çox dövlət qurumlarına qarşı oldu. Bilirsiniz ki, konstitusiya ilə hər bir şəxsin özəl həyatı müdafiə olunur. Bu müdafiəni də dövlət qurumları həyata keçirir. Ona görə də indiki halda bu məsələdə dövlət orqanları kiminsə şikayətini gözləmədən hərəkətə keçməlidir. Çünki onlar daha çox ittihamlara məruz qalırlar. Dövlət qurumları mütləq bunun araşdırmasını aparıb, məsələyə qiymət verməlidirlər. Həmin videodakı şəxsin-Cəmil Həsənlinin qızıdır yaxud yox - adını açıqlamadan bunun necə baş verdiyini, kim tərəfindən edildiyini, hansı məqsədlə təşkil olunduğunu araşdırmaq lazımdır və sonunda məsələ hüquqi qiymətini almalıdır”.

Vəkil burada şəxsi həyata müdaxilələrin olduğunu söylədi: “Burada cinayət tərkibi var. Cinayət Məcəlləsində şəxsi həyata müdaxilə ilə bağlı maddə var. İkinci bənddə göstərilir ki, əgər bu, çəkiliş formasında aparılıbsa, yayılıbsa, cinayətdir. Düzdür, cəza o qədər də ağır formada deyil. İki ilə qədər azadlıqdan məhrumetmə cəzası, ya da cərimə nəzərdə tutulur. Hər halda, belə hallar məsuliyyət yaradır. Amma məlum olsa ki, bunu hər hansı bir şəxs şantaj məqsədilə edib, başqa məqsədi var, bu məqsədləri müəyyən edəndən sonra digər maddələr də əlavə oluna bilər. Əgər vəzifəli şəxsdirsə, vəzifəsindən sui-istifadə edərək bu çəkilişin aparılmasına göstəriş veribsə, burada həm də vəzifə cinayəti var, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər maddələr. Konkret araşdırmalar nəticəsində bunlar məlum ola bilər”.

Ə.Mustafayev C.Həsənlinin qızına psixotrop maddələrin verildiyi yönündə dediyi məsələyə də toxundu: “Yaxşı olardı ki, laboratoriya analizi keçirilsin. Amma biz bilirik ki, belə maddələrin bədəndə qalığı qısa müddətdə olur. Bir neçə gün ərzində bu qalır. Ola bilsin ki, insanın bədənində bu müəyyən olunmasın. Bakal, stəkan və ya digər əşyalardan istifadə olunubsa, ola bilər ki, həmin maddələrin qalıqları maye içərisində qalmış olsun. Bununla bəlkə müəyyən olunar ki, verilib ya yox. Amma dediyim kimi, bunlar təsirini bir müddətdən sonra itirən maddələrdir. Nə qədər müddət çox keçirsə, onun izini, qalıqlarını tapmaq bir o qədər çətin olur. Digər tərəfdən, bir məsələni da deyim ki, əgər konkret şəxs müəyyən olunarsa, həmin şəxs bəzi etiraflar edərsə, onun etirafı əsasında müəyyən versiyalar irəli sürülə bilər”.

Hökumət tərəfindən isə belə mövqe sərgilənib ki, bu videonu çəkən və yayanların rəsmi qurumlara qətiyyən aidiyyəti yoxdur, bununla bağlı araşdırma aparılır, təxribatı törədən cəzalandırılacaq.

Ekspertlər bildirir ki, bu təxribatı törətməkdə məqsəd Azərbaycanda qarışıqlıq yaratmaq cəhdidir və burada “beşinci kolon” izi var.
“Yeni Müsavat”



Paylaş:


Müəllif : Tarix:
1-04-2021, 10:02
Sikayət   


loading...
Загрузка...