reklam
Regionxeberlericom.az » Sosial » İqbal Ağazadə yenidən sədr seçildi

reklam

İqbal Ağazadə yenidən sədr seçildi



Ümid Partiyasının növbəti qurultayı keçirilib.

regionxeberlericom.az-un Pravda.az-a istinadən xəbərinə görə, qurultay onlayn qaydada baş tutub.

Qurultayı giriş sözüylə Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin sədri İqbal Ağazadə açaraq Qurultaya Hazırlıq barədə məlumat verdi.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğurunda şəhid olmuş vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Mandat Komissiyasının Hesabatı dinlənildi. Qeyd edildi ki, Ümid Partiyası növbəti qurultayına 69 rayon şöbəsindən seçilmiş 650 nümayəndə ilə getməli idi.

Lakin qurultay obyektiv səbəbdən gecikdiyinə görə 19 rayon şöbəsində konfransların vaxtı tamamlandı. Bununla belə 19 rayondan olan Təşkilat Komitəsinin rəhbərləri qurultayda iştirak edir.

52 Rayon Şöbəsi isə Qurultaya seçilmiş nümayəndələrlə təmsil olunur.

451 qurultay nümayəndəsindən 437 nəfəri onlayn qaydada qurultayda iştirak edir. Bu səbəbdən Mandat Komissiyası Qurultayın səlahiyyətli olduğunu bildirir və qurultayın idarə olunması üçün sədarət, Say komissiyası və katiblik seçildi. Daha sonra sədarət Qurultaylararası dövrdə hesabat üçün partiyanın sədri İqbal Ağazadəyə söz verdi.

Partiya sədrinin Qurultayarası dövrlə bağlı hesabatı dinlənildi və qurultay tərəfindən qənaətbəxş hesab edildi.

Sonra partiyanın nizamnaməsinə uyğun olaraq təşkilati məsələyə baxıldı. Qurultay nümayəndələri tərəfindən Ağazadə İqbal Fehruz oğlunun yeidən partiya sədrliyinə namizədliyi irəli sürüldü. O, Azərbaycan Ümid Partiyasının sədri seçildi.

Qurultayda partiyanın nizamnaməsinə uyğun olaraq 78 nəfər Ali Məclis üzvü seçildi və təsdiq edildi, 7 nəfər MNTK üzvü seçildi.

Partiya sədrinin və digər rəhbər orqanların seçilməsini əks etdirən sənədlərin qeydə alınması üçün Ədliyyə Nazirliyinə müraciət etmək üçün səlahiyyəti nümayəndə seçildi.


Paylaş:


Müəllif : Tarix:
29-03-2021, 11:53
Sikayət   


loading...
Загрузка...