reklam
Regionxeberlericom.az » Sosial » Yanacaq keyfiyyətsizdir, həcmi kəsilir... - NARAZILIQ!

reklam

Yanacaq keyfiyyətsizdir, həcmi kəsilir... - NARAZILIQ!


Son vaxtlar yanacağın keyfiyyəti ilə bağlı ciddi problemlər var.

Axar.az xəbər verir ki, bunu nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib. O bildirib ki, eyni həcmdə olan yanacağın sərfiyyatı əvvəlki vaxtlarla müqayisədə indi daha çoxdur:

“Yanacağın qiymətinə dəyişiklik ediləndən bəri sərfiyyat çoxalıb. Nə sirdirsə, eyni avtomobillərdə eyni həcmdə yanacaq 20-30 km fərq edir. Yəni, əvvəl 11 litr benzin alıb 100 km sürənlər indi deyirlər ki, 11 litr benzinlə 70-80 km-dən o yana yol qət etmək olmur. Deməli, yanacaqdoldurma məntəqələri ya yanacağı kəsir, ya da tərkibinə çoxlu qatqılar qatılır. Odur ki, artıq bu məsələyə hüquq-mühafizə orqanları qarışmalıdır. Litrdə kəsirlərsə, demək ki, cibimizə girirlər və soyğunçuluq edirlər. Qatqı qatırlarsa, lap pis. Deməli, onkoloji xəstəliklərin sayı artacaq, ətraf mühit daha çox çirklənəcək”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, son dövrlər yanacağın istehsalı prosesində heç bir dəyişiklik olmayıb:

“Heydər Əliyev adına Neft Emalı Zavodunun laboratoriyasında məhsulun keyfiyyətinə daim nəzarət olunur. Ancaq istehsal olunduqdan sonra satış mərhələsində benzinə başqa qatqıların əlavə olunub-olunmadığı və yaxud alıcıların aldadıldığını müəyyən etmək üçün müvafiq nəzarətin aparılması məqsədəuyğun olar. Bildiyiniz kimi, Azərbaycanda yanacaq məhsullarının satışını müxtəlif şirkətlər həyata keçirir. Satış məntəqələrinə nəzarətin keçirilməsi SOCAR-ın səlahiyyətinə aid olmadığına görə pərakəndə satışa çıxarılan yanacağın keyfiyyəti haqqında məlumatımız da yoxdur”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə belə hallarla rastlaşan vətəndaşlara səslənərək, onların konkret sübutlarla birliyə müraciət edə biləcəyini deyib:

“Təəssüf ki, mallarda qiymət artımı baş verəndə keyfiyyət heç də gözlənildiyi kimi yaxşılaşmır. Yanacağın keyfiyyəti və yanacaq məntəqələrində yanacağın həcminin kəsilməsi barədə şikayətlər olursa, deməli, problem var. Vətəndaşlar belə hallarla qarşılaşıbsa və konkret əllərində sübut varsa, bizə müraciət etsin. Məsələni araşdırıb, həlli istiqamətində işlər görərik”.


Paylaş:


Müəllif : Tarix:
10-02-2021, 09:29
Sikayət   


loading...
Загрузка...