Fors-major halında banklar vətəndaşların xirtdəyindən niyə yapışırlar - İpoteka girdabı

Bu gün yeni növ koronavirus infeksiyasının yaratdığı ən böyük problemlərdən biri ipoteka kreditlərinin ödənilməsi ilə bağlıdır. Artıq bir sıra banklar tərəfindən vətəndaşlara problemlər yaradılır, fors-major hallar, vətəndaşların bəzilərinin iş yerlərini itirmələri, o cümlədən də daha az gəlirlə işləmələri nəzərə alınmır və onlardan ödənişlər məcburi qaydada tələb olunur.
"Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı hazırkı vəziyyət hər birimizin maddi vəziyyətinə öz təsirini göstərib. Lakin mövcud vəziyyətin getdikcə normallaşdığını nəzərə alaraq bank ödənişlərində olan gecikmələri aradan qaldırmaq lazımdır. Kreditdə olan hər bir mənzilə MTK zamin dayandığı üçün bank qarşısında məsuliyyət daşıyır. Bankın təzyiqi nəticəsində MTK da sakinlərə təzyiq göstərir və ödənişləri tələb edir. Bir daha nəzərinizə çatdırırıq ki, MTK ilə sizin aranızda bağlanmış müqavilənin 8.1 bəndinə əsasən aylıq ödənişlər 2 aydan artıq gecikdirildiyi halda kommunal xidmətlər dayandırılır və müqavilə birtərəfli qaydada pozularaq mənzil MTK tərəfindən geri alınır. MTK və bank ilə qarşılıqlı razılıq əsasında bağladığınız müqavilənin şərtlərinə əməl etməyiniz xahiş olunur. Əks halda, kommunal xidmətlər dayandırılacaq və bu barədə başqa ciddi tədbirlər görüləcək", - deyə bu gün MTK-ların sakinlərə çağırışlarında bildirilir.
Bəs, pandemiya şəraitində, ümumiyyətlə fors-major hallarda MTK və bankların müştərilərə belə bir münasibət sərgiləməsi qanunidirmi? Belə olan halda vətəndaşın hansı hüquqları yaranır?
Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov bu məsələnin günün ən aktual problemindən biri olduğunu deyib:
"Dövlət öz tərəfindən ipoteka kreditlərinin ödənişlərində gecikmələri olan şəxslərə kreditlərin restrukturizasiyasını təklif edir. İndividual məsələlərə baxılmalıdır, gecikmələrin səbəbləri müəyyən edilməlidir. Ümumiyyətlə, hər hansı bir bank ipoteka ilə mənzil verdikdə müəyyən öhdəliklər yaranır. Yəni, zamin tərəf olan tikinti şirkəti bu ödənişləri ödəməyi üzərinə götürür. Müqaviləyə xitam verilənədək MTK pulu ödəyir. Bəzən mənzilin haqqının ödənişi ilə bağlı mübahisələr 6 ayadək çəkir və mənzil başqa ada keçirilir".
Ekspertin sözlərinə görə, belə müqavilələrdə fors-major hallar çox olur. Vətəndaşın üzərinə götürdüyü öhdəliyi özündən asılı olmayaraq həyata keçirə bilməmə ehtimal var. Bu kimi hallar son zamanlar daha da artıb.
"Bir tərəfdən tikinti şirkətini də başa düşmək olar. Çünki belə olan halda vəsaiti tikinti şirkəti ödəməli olur. Eyni zamanda faizlər də tikinti şirkətləri tərəfindən ödənilir. Bu zaman bankla tikinti şirkəti arasında bağlanan müaviləyə baxmaq lazımdır ki, onların arasında fors-major halları var, ya yox", - deyə ekspert bildirib.
E.Azadov deyir ki, borcu ödəmədiyi üçün şəxsin elektrik enerjisini, kommunal xidmətləri kəsmək qanuna ziddir.
Tikinti üzrə digər ekspert Elnur Fərzəliyev isə deyir ki, mənzillər iki halda kreditlə verilir:
"Birinci, MTK-nın özü tərəfindən daxili kreditlə, ikinci, bankla bağlanan müqaviləyə əsasən. İkinci halda mənzil MTK-dan çıxaraq banka aid olur. Şəxs ödənişini ödəyə bilmədikdə, bank mənzili hərraca çıxara bilər. Lakin hansısa fors-major hallar baş verərsə, bu, nəzərə alınmalıdır. Pandemiyanın özü də fors-major hal hesab edilməlidir. Sadəcə, bizim banklar bu vəziyyəti fors-major hal kimi qiymətləndirmək istəmirlər".
Ekspertin sözlərinə görə, vətəndaş problemin yaranmaması üçün bağlanan iş yerinə görə arayış almalıdır. Əsaslandırmalıdır ki, karantinlə əlaqədar ya iş yeri bağlanıb, ya da həmin sahə fəaliyyətini dayandırıb. Bu arayışı verdikdə banklar güzəşt edirlər.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-12-2020, 09:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-12-2020, 09:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15
15-07-2025, 08:54

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO