Prezidentin təqaüd verdiyi gənclər: 10 nəfər kənd məktəblərinin məzunlarıdır - RƏSMİ
Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev 2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncamı imzalayıb.
Sərəncama əsasən, tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və yerli ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, Prezident təqaüdünə layiq görülən abituriyentlər respublikanın 21 müxtəlif şəhər və rayonlarını təmsil edirlər.
Təqaüdçülərdən 43 nəfər regionlarda fəaliyyət göstərən məktəblərdən (o cümlədən, 10 nəfər kənd məktəblərinin məzunlarıdır), üç nəfər bir valideyni əlil olan ailədən, bir nəfər bir valideyni olmayan ailədən, eləcə də hərbçi, sürücü, mühafizəçi, aşpaz, usta, bərbər və digər ailələrdən olan məzunlardır. Siyahıda olan 23 nəfərin valideynlərindən ən az biri müəllimlik fəaliyyəti ilə məşğul olur.
Təqaüdçülərdən 59 nəfər Bakıda yerləşən məktəblərin məzunlarıdır. Daha sonra Abşeronda yerləşən məktəblərin məzunlarından səkkiz, Sumqayıtda yerləşən məktəblərin məzunlarından yeddi, Qəbələdə yerləşən məktəblərin məzunlarından beş, Naxçıvanda yerləşən məktəblərin məzunlarından dörd nəfəri bilik öncüllərini siyahıda görmək olar.
Ümumilikdə beş nəfər isə keçmiş işğal altında olan rayonlara aid məktəblərin məzunlarıdır. Hazırda rəşadətli Azərbaycan Ordusu tərəfindən həmin rayonların əksər hissəsi düşməndən azad edilib.
Qeyd edək ki, Prezident təqaüdçülərindən 25 nəfər Azərbaycan Tibb Universitetinə, 22 nəfər Bakı Ali Neft Məktəbinə, 20 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 15 nəfər Bakı Dövlət Universitetinə, səkkiz nəfər ADA Universitetinə, beş nəfər Dövlət İdarəçilik Akademiyasına, iki nəfər Azərbaycan Dillər Universitetinə, iki nəfər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, iki nəfər isə xüsusi təyinatlı ali təhsil müəssisəsinə, bir nəfər Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-10-2020, 10:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-10-2020, 10:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 09:46
Bu gün, 08:20
Dünən, 11:30
Dünən, 11:21
6-09-2025, 20:15
5-09-2025, 15:06
5-09-2025, 10:19
5-09-2025, 10:17
5-09-2025, 10:15

Masazırda şollar su kəmərinin mühafizə zonası zəbt edilib: Ev tikəın kim, obyekt tikən kim...

Lənkaranda biabırçılıq: İcra nümayəndəsinin bacısı olan baxça müdirəsi ərzaqları oğurlayıb?

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...