"İllərdir ki, məni yubadırlar, pensiya ala bilmirəm" - GİLEY
Bakı sakini İntiqam Qasımov 4 ildir ki, əmək pensiyası ala bilmir. 20 ildən artıq zərərli əmək təcrübəsi olduğunu deyən vətəndaş hələ də nəzərdə tutulmuş güzəştdən faydalana bilməyib.
İ. Qasımov bu şikayətlə bağlı “Qafqazinfo”ya müraciət edib. Onun sözlərinə görə, 1986-cı ildən Əhaliyə Məişət Xidməti Nazirliyinin tabeliyində yaradılmış “Zərgər” müəssisəsində, 2000-2014-cü illərdə isə “Zərgərlər” ASC-də işləyib. 20 il iş təcrübəsinin tamamında güzəştlə yaşa görə əmək pensiyası üçün müraciət etsə də, onu get-gələ salıblar: “Pensiyaya çıxmaq üçün DSMF-nin “ASAN Xidmət”də müvafiq şöbəsinə müraciət etdim. Dedilər ki, sosial karta vəsait daxil edilməyib. Məni get-gələ saldılar. Halbuki, sonradan pul karta oturuldu. Amma illərdir ki, məni yubadırlar, pensiya ala bilmirəm”.
Şikayətlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Fondun İctimaiyyətlə Əlaqələr departamentinin müdiri Rəşad Mehdili “Qafqazinfo”ya bildirib ki, problem araşdırılacaq və qısa müddətdə qərar veriləcək: “Vətəndaş İntiqam Qasımov tərəfindən DSMF-yə son illər müraciət daxil olmayıb. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən vətəndaşla əlaqə saxlanılaraq ona müvafiq sənədlərlə Mərkəzi Filiala müraciət etməsi tövsiyə olunub. Sənədlər Mərkəzi Filialda araşdırıldıqdan sonra İ.Qasımovun güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququnun yaranıb-yaranmaması barədə qısa müddətdə qərar veriləcək və bu qərar barədə o, məlumatlandırılacaq”.

Paylaş:
Müəllif : Yazar
Tarix:15-09-2020, 14:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-09-2020, 14:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:49
Dünən, 13:52
Dünən, 12:02
Dünən, 11:53
12-09-2025, 15:04
12-09-2025, 14:39

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?